Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müsahibə verənlər və yazarlar haqqında

 

“Xeberinfo.com” saytını və onun oxucularını NOVRUZ bayramı münasibətiylə təbrik edir, can sağlığı və ömür sürdükləri həyatda yeni-uğurlar arzu edirəm.

Oxucuların məni düzgün başa düşmələri üçün bəri başdan deyim ki, heç bir partiyanın və cəmiyyətin üzvü deyiləm. Təqaüdçüyəm.

Bir sıra müsahibə verənlər və mətbuatda çıxış edənlər var ki, məsuliyyətlərini dərk etmirlər.Universitetdə təhsil alarkən kafi qiymətini müəllimindən səkkiz minətçinin xahişiylə aldığı halda, bu gündə dövlət aparatında əyləşib elmlər doktoru kimi elmi titul alaraq müəyyən məsələlərin müzakirəsində ləyaqətsiz və milli xilqətə tam zidd olan  təklif irəli sürür. Eləsi də var ki, yüksək kürsüdənYer kürəsində Azərbaycan adında dövlətin olmadığı haqqında fikir söləyərək dərrakəsizliyini sübuta yetirir  və  müxalifətin keçirdiyi mitinqin haqlı və qanuni olub olmadığı haqqında, nala mıxa vura-vura  xalqa moizə oxuyur. Bir çömçə hörrə xatirinə  və gündəmdə qalmaları üçün belələri nə istəsə danışa bilirlər və oxucuların nifrətini qazanırlar. Bu kimiləri kürsülərindən düşürdüləndən sonra hakimiyyətdə olduqları dönəmdə danışdıqlarının əksinə gedirlər. Bəzisi də daha “irəli” gedərək olduqca səviyyəli elm adamlarına kor və vampir kimi ad verib ləkə atmağa çalışırlar. Heç bir şübhə yeri qalmır ki, bu kimilərin əqli mülkü əlil və şikəstdir.

Bir qədər də yazarlar haqqında. Yazarları üç qrupa bölmək olar: həvəskarlar, peşəkarlar və qeyri peşəkarlar. Mən bu üç qrupda ədəbi növlərlə məşğul olanları nəzərdə tuturam. Elə insanlar varki ən kicik bir yazarlıqdan başlayır və bir qədər yaşa dolduqdan sonra nəinki peşəkar, dahi səviyyəsinə yüksəlirlər. Mirzə Əjdər oğlu İbrahimov buna əyani sübutdur.O. iyirmi yaşında, 1931-ci ildə yeni tikintilərdə gedən yazıçı briqadalarından birində olub. Ədəbi yaradıcılığa şeirlə başlayıb. Onun ən dərin fəaliyyəti 1950-ci illərdən sonraya təsadüf edir. Dil haqqında qanunun qəbul olunmasında onun inkar olunmaz əməyi ilə yanaşı Milli ideyanın inkişafıyla  bağlı əvəzolunmaz xidmətləri var. Onun hansı keyfiyyətin-dərkin sahibi olduğunu  N.S. Xruşşovun bürodakı çıxışında  dediklərinə diqqət yetirək: “Sizin partiya biletiniz var, amma kommunist deyilsiniz. Biz Sizin kimi kommunistləri...yığıb atacağıq. Çünki Siz alman faşizmindən də betər millətçisiniz”.

Demokratiyanın olmadığı Sovetlər imperiyasının rəhbəri ilə M.Ə.İbrahimov döyüşə cəsarətlə girişdiyi halda, Müstəqil olduğumuz bir dönəmdə  dünya şöhrətli alim Gəmil Həsənliyə gədə-güdələr içdikləri bir çömçə hörrə xatirinə ağıl öyrətməyə çalışırlar. Heç olmazsa bu ağıl öyrədənlər Sinqapur dövlətinin necə idarə edildiyini belə öyrənmək istəmirlər.

Peşəkar səviyyəsinə yüksələnərə isə yaradıcılıqlarına mən bələd olduğum Molla Pənah Vaqifi, Mirzə Ələkbər Sabiri, Səməd Vüğunu, Bəxtiyar Vahabzadəni, Nüsrət Kəsəmənlini, Ənvər Əhməd... kimilərini göstərmək olar. Qeyd etdiyim yazarlar artıq ən yüksək zirvəyə catmış və unudulmaz şəxsiyyətlərə çevrilmişlər.

Bəs qeyri peşəkarlar kimdir? Onların tanıdılmasında, yaradıçılıqları üzrə  irəli getməsində saytlar əvəzsiz rol oynayır ki, bunlardan biri “Xəbərinfo.com”dur. Həmin saytın  böyük üstünlükləri var.Xüsusiylə saytda oxucunun  yersiz vaxtının aparılmasından azad olunması, asanlıqla  tez istifadə edilməsi və arxivinin fəaliyyətidir.

Ədəbiyyatşünas olmasam da saytda ədəbiyyat şöbəsinin olmasını diqqətə layiq hesab edirəm. Saytın zənginliyi oxucunun zövqünü oxşayır və yorulmur. Saytda arabir şeirlər də verilir. Bəyimlərin yazdıqları şeirlər özləri kimi gözəldir. 17.03.2015-ci il tarixdə Tahir Hüseynovun “Daş köpəkoğlu...” şeiri verilib. Əla şeirdir. Ancaq “köpəkoğlu” sözü olmasaydı daha yaxşı olardı. Yazana söz qəhət deyil. Körkəmli yazıçılarımızdan birisi “Dadanan qudurandan betər olur” kəlməsini işətmişdi. Alilərimizdən biri “Ermənilər qudurublar” sözünü bir başa xarici tribunadan demişdi. Mən də  mətbuatdakı çıxışlarımın birində talançıların ünvanına “Filankəslər qudurublar” ifadəsini yazmışdım. Bunun üstündə alim dostlarım məni bir qədər sıxışdırdılar. Bundan sonra belə ifadəyə son qoydum.Hər halda Tahir bəy özü bilən yaxşıdır. Ona yaradıcılığında uğurlar arzulayıram.

Hörmətl oxucular! Mən qeyri peşəkar qrupuna aidəm. Məndə yaradıcılıq 11-12 yaşımdan başlasa da 2005-ci ildən- 66 yaşımdan başlayaraq vəzifəmdən qovulacağımı bildikdən sonra mütamədi olaraq yazmağa başladım. Mənim heç ağlıma da gəlmirdi ki, yazdığım sənədli povest və hekayələrimlə yanaşı şeirlərim minlərlə oxucunun marağına səbəb olacaq.

 

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam