TAHİR EYLƏDİ
TAHİR EYLƏDİ
Yenixeber.org:
Keçmişi düşünüb qələm götürdüm,
Vücudum titrədi fəğan eylədi.
Sevinci yaşayıb Azadlıq gördüm,
Müstəqil dövlətim şadman eylədi.
Görünməz haqlığa səcdə qılanı,
Cözülməz yoxluğa meyil salanı,
Danılmaz varlığa köntöy baxanı,
Zamanı tapdadı tarmar eylədi.
Axsaq cəmiyyətin qürursuzluğu,
Çox alım dəstinin durumsuzluğu,
Aristot elminin uğursuzluğu,
Təriqət yolunda yassar teylədi.
Ərəbtək tanınan mərd Məhəmmədi,
Tarixi faktları rəsmi sənədi,
Surəni, ayəni –təkmil məqsədi,
O “Səma Elçisi” məşhur eylədi.
Düşüncə tərzinin təkamülluğu,
Bəsincə əzminin sükutsuzluğu,
Bu “Məntiq” elminin uğurluluğu,
Hegeli “İdrak”da mahir eylədi.
Çox gəldi həyata nəzəriyyələr:
-Materialistlər,idealistlər,
İmtina etdilər, təkzib verdilər,
Dilləri çox başı kənar eylədi.
Fəlsəfə elmini əfzəl bilənlər,
Əzəli dünyanı gözəl görənlər,
Bu maddi varlığı əzəl sayanlar,
Həqiqi bilgini əyar eylədi.
Bir məkan dərsinin qsursuzluğu,
Bir məkan hökmünün təsərrufluğu,
Bir insan dərkini hüdudsuzluğu,
Lütfinin beynində zühur eylədi.
Quruluş forması kəşf edilibdir,
Adı da bəllidir “Tənmayədər”dir,
Vəzifə kəsərdir baş biləndədir,
Vermədi təsdiqi dar-bar eylədi.
Tək kəşfin sahibi ər Həsənlidir,
“Sərmayə bölgüsü ədalətlidir”,
Elmi iş bilsə də tərəqqidədir,
Ziddinə gedənə zəfər söylədi.
Yaşılgöz cənaba qoşulmamağı,
Milləti, dövləti unutmamağı,
Bayrağı Quranı birgə tutmağı,
Varisi cahanda tahir eylədi.
Kiçik arayış: lüğətdə tahir- təmiz, pak; fəğan- nalə, imdad; əğyar- rəqib; yssar-bacarıqsız;mürid-şagird,tərafdar, davam etdirici,təriqətdə şeyx, mahir-bacarıqlı, bilikli; əyar-qiymətli metalın saflıq dərəcəsi; dar-bar—dara, bara sözlərindən götürülmüşdür ki, bu da mübahisə, dalaşma, söyüşmə; təsərruf- yiyələnmə,zəbt etmə kimi izah olunur.
Aristot- idealizmə yuvarlanmış Yunan alimi Aritotelə aiddir.
”Səma elçisi” isə Məhəmməd peyğəmbərin həyat və fəaliyyətini əks etdirir.“SƏMA ELÇİSİ” adında əvəzsiz əsəri ərəb,fars,rus,fransız, ingilis və əlbəttə ki, doğma ana dilini kamil bilən, ilahiyyət elminin incəliklərinə bələd olan Mirzə Əbdürrəhim Talıbov (Talıbzadə) Təbrizi (1834- 10.03.1911) yazmışdır. ( Bakı kitab palatası 1991).
“Azərbaycan Respublikası Prezidentinin Arministrasiyası strukturunun təsdiqi və işçilərin say həddinin müəyyən edilməsi haqqında” Prezidentin imzaladığı 30 may 2017-ci il tarixli sərəncamı Ali Attestasiya Komissiyasına (AAK) nə vaxt şamil olunacaq? Sualın cavabını kim verəcək?
Quliyev Elxan Sarı o. aprel 2018-ci il.