UNUDULMAZ TARİXİ ŞƏXSİYYƏTLƏR SİLSİLƏSİNDƏN
III QRUP
AZƏRBAYCAN FİLOSOFLARI
Yenixeber.org: (əvvəli ötən tariximizdə)
RUMİ CƏLALƏDDİN MƏHƏMMƏD BİN BAHƏDDİN ( 30.9.1207, Əfqanıstan Bahəddin, Bəlx 17.12.1273, Türkiyə,Konya)-Şərq ədəbiyyatı tarixində ən məşhur sufi şairlərindən biridir. Şəms təxəllüsü ilə yazmışdır. Ədəbiyyat tarixində Rumiyə ömrünün son illərində yazdığı “Məsnəvi” poeması ilə şöhrət qazandırmışdır. Əsərlərində humanizm, milliyətindən və dini etiqadından asılı olmayaraq bütün insanlara məhəbbət, bərabərlik ideyaları əksini tapmışdır.(cild VIII,səh.195).
Səkkiz yüz illiyi qeyd olunan dahi şairin bəşəriyyətə ən mühüm mesajı tolerantlıq, anlaşma, birlik olub. Dahi alman filosofu F.Hegel öz dialektik təlimini yazaraq Rumidən bəhrələndiyini gizlətməmişdir.
AXUNDOV Mirzə Fətəli (1812- 10.3.1878). Azərbaycan yazıçısı, materialst filosif, ateist, ictimai xadim. Realist Azərbaycan ədəbiyyatının banisi. 1814-cü ildə atası Mirzə Məhəmmədtağı və anası Nanə xanımla Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köcmüş. 13 yaşınadək İran Azərbaycanının müxtəlif yerlərində yaşamış,1825-ci ildə anası ilə Nuxaya qayıtmışdır. Anasının əmisi Axund Hacı Ələsgər Fətəlini oğulluğa götürərək,təlim-tərbiyəsi ilə məşğul olmuş, ona ərəb,fars dillərini öyrətmişdir. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparmışdır. Fətəli burada məntiq və firh elmlərini,habelə məşhur şair Mirzə Şəfi Vazehdən nəstəlik xəttini öyrənmişdir. M.Ş.Vazeh Fətəlinin zəka və istedadını görüb,onu ruhani olmaq fikrindən daşındırmışdır. Müasir elmlərlə maraqlanan Fətəli 1833-cü ildə Nuxada açılmış rus məktəbinə daxil olmuş, bir il burada oxumuşdur. 1834-cü ildə Tiflisə getmiş,Qafqaz canişinin baş dəftərxanasında Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik rütbəsi verilmişdi. O zaman Qafqazın inzibati –mədəni mərkəzi sayılan Tiflis A.-un fikri inkişafına mühüm təsir göstərmişdir. A.burada dövrünün bir sıra görkəmli ziyalıları,o cümlədən A.A.Bakıxanov,İ,Qutqaşınlı və b. kimilərlə yaxından tanış olmuş,mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını, ictimai –fəlsəvi fikrini öyrənmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən A. sonralar Qafqaz Arxeoqrafiya Komissiyasının tədqiqat işlərinə cəlb olunmuşdu. A.”Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili milləti-nəməlum” imzası ilə məqalələr dərc etdirmişdir.
A.-nun yaxın dost müasirlərindən Q.B.Zakirə,Cəfərqulu xan Nəvaya yazdığı beş mənzum məktubu da məlumdur. Azırbaycanca şeirləri heca vəznində,sadə, canlı xalq dilində yazılmışdır. Lakin A. Azərbaycan ədəbiyyatı tarixində daha çox pyesləri, bədii nəsri və fəlsəfi əsərləri ilə tanınmışdır. 1850-55-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan və bütün Yaxın Şərq ədəbiyyatında realist dramaturgiyanın təməlini qoymuşdur... “Kəmalüddövlə məktubları” (1865) adlı məşhur fəlsəfi əsərində,ha belə bir sıra məktubunda A, realizm,xəlqlik müasirlik,ideyalılıq,sənətkarlıq və bədii yaradıcılığın başqa mühüm məsələlərinə dair qiymətli fikirlər söyləmişdir. Fəlsəfi görüşlərində olduğu kimi,ədəbi estetik baxışlarında da materialist dünya görüşünə əsaslanan A. ədəbiyyat və incəsənəti varlığın bədii inikası hesab etmiş,onun ictimai tərbiyəvi əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu qiymətləndirmişdir.
A. “Kəmalüddövlə məktubları” adlı məşhur traktatını,”Həkimi-ingilis Yuma cavab”, “Yek kəlmə haqqında” və s. fəsəfi əsərlərin müəllifidir. Onun fəlsəfi görüşləri Yaxın və Orta Şərq xalqlarının, xüsusilə Azərbaycan xalqının zəngin fəlsəfi irsi zəminində formalaşmışdır.
Onun əsərləri 19-cu əsrin 50-ci illərində başlayaraq rus,fars,ingilis,fransız.alman gürcü və s. dillərə tərcümə edilmişdir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına, Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna, Respublika Dövlət Kitabxanasına A.-un adı verilmişdir. Bakıda heykəli, Tbilisidə qəbirüstü abidəsi qoyulmuş, Şəkidə ev museyi açılmışdır. Anadan olmasının 150 illik yubileyi Ümumdünya Sülh Şurasının qərarı ilə kerçirilmiş, Ümumittifaq miqyasında təntənə ilə qeyd olunmuşdur (cild X.səh.496).
TALIBOV Mirzə Əbdürrəhim ((Talıbzadə) Təbrizi (1834,Təbriz-10.3.1911 Buynaksk),Azərbaycan maarifçisi,alim, yazıçı.”Səma Elçisi” kitabının müəllifi. Bu kitabın müəllifi Azərbaycanın görkəmli maarifpərvər alimi və müəllimlərindən biri,ərəb,fars,rus, fransız, İngilis və əlbəttə ki, doğma ana dilini kamil bilən,ilahiyyət elminin incəliklərinə bələd olan Mirzə Əbdürrəhim Talıbzadə Təbrizi “Səma Elcisi” kitabının kim üçün və nə məqsədlə yazıldığını müqəddimədə geniş şərh etmişdir (cild IX, səh.133, “ Səma Elcisi”, Azərbaycan Dövlət kitab palatası 1991).