Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Məşhur “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub -50 ədəd “Playstation” sifariş verib...

Bakıda fəaliyyət göstərən məşhur “MY SHOPS” MMC şirkətinin satış müdiri külli miqdarda dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, satış müdiri MMC adından başqa bir şirkətdən 50 ədəd “Playstation” markalı oyun konsolu və aksesuarını sifariş verib. Bu sifarişdən “MY SHOPS” MMC-nin rəhbərliyinin xəbəri olmayıb.

Rüfət adlı satış müdiri həmin sifarişi “ABC Telecom” MMC-dən edibmiş. Sifariş edilən məhsulları əldə etdikdən sonra sataraq pulunu ələ keçirib. “ABC Telecom” ödənişi tələb edən zaman işin üstü açılıb.

İstintaqla müəyyən edilib ki, Rüfət daha iki nəfərdən Malayziyadan “Playstation” sifariş etmək adı ilə pul alıb. İstintaq dövründə həmin şəxslərin pulunu geri qaytarıb.

Rüfətə qarşı irəli sürülmüş əsas ittiham “ABC Telecom” MMC-dən sifariş edilən 57 min manat dəyərindəki 50 ədəd “Playstation”la bağlı olub.

“ABC Telecom” ödənişi tələb edən zaman “MY SHOPS” MMC bundan xəbər tutub.

Rüfət aldığı “Playstation”  və avadanlıqları sataraq pulu nağdlaşdırsa da, “ABC Telecom”a ödəniş etməyib. Sonradan “ABC Telecom”a gedərək borc müqaviləsi bağlamağı, pulu hissə-hissə ödəməyi təklif edib. Lakin MMC bununla razılaşmayıb və Rüfət barəsində cinayət işi açılıb.

İstintaq dövründə Rüfət dəymiş zərəri tam olaraq ödəyib. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, kllli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunan Rüfət məhkəmənin hökmü ilə şərti cəza alıb.

Qeyd edək ki, “MY SHOPS” Dubayda (BƏƏ) fəaliyyət göstərən “My Shops General Trading LLC” şirkətinin törəməsidir. “MY SHOPS” MMC həmçinin “Apple” şirkətinin Azərbaycanda səlahiyyətli reselleri, “Xiaomi” şirkətinin səlahiyyətli reselleri, “Vertu”nun eksklüziv distribyutorudur.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam