Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Sabuncu rayonunda qanunsuz tikinti aparan Namiq Məmmədov kimdir? -FOTO+VİDEO

bitmap-img6

Sabuncu rayon Zabrat-Kürdəxanı şosesinin yaxınlığında heç bir rəsmi icazəsi olmadan tikinti həyata keçirilir.
Yenixeber.org: Son günlər paytaxt rayonarında qanunsuz tikililərin sayı getdikcə artmaqdadır. Rayon icra hakimiyyətləri ilə anlaşan iş adamları və maklerlər qanunları heçə sayaraq “öz işlərini” rahat şəkildə həyata keçirirlər. 
Redaksiyamıza daxil olan məlumata görə belə qanunsuz tikililərdən biri Sabunçu rayonunda Zabrat-Kürdəxanı şosesinin yaxınlığında həyata keçirilir. Belə ki, ərazi hasara alınaraq dayanmadan tikinti işi həyata keçirilir. 
Bildirilir ki, Zabrat-Kürdəxanı şosesinin yaxınlığında aparılan tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur. Bu isə o anlama gəlir ki, tikinti üçün aidiyyatı qurumların rəsmi icazəsi yoxdur. 
Əldə etdiyimiz məlumata görə tikintiyə Namiq Məmmədov adlı şəxs rəhbərlik edir. Bu həmin Namiq Məmmədovdur ki, onun adı bir müddət əvvəı Abşeron rayon Xırdalan şəhərində "AAAF" park yaşayış kompleksinin qarşısında qanunsuz obyektin tikintisində hallanırdı. Bundan başqa paytaxtın bir neşə yerində inşa edilən qanunsuz tikilələrədə Namiq Məmmədov rəhbərlik edib. Əldə etdiyimiz məlumata görə Namiq Məmmədov tez-tez bildirir ki, "obyekt sahibi deyir dayanma, gecə gündüz işlə, lazımı yerlərdən icazəni almışam".(azfakt.com)  
Yazıda adı keçən qurumların və şəxsin mövqeyini dərc etməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam