Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BAKININ TİKİNTİ SEKTORUNDA BÖHRAN KİMƏ LAZIMDIR? –Müxalifətin mitinqinin kütləvi alınmasının bir səbəbi budur…

samir-nuriyev-696x416

Son aylar paytaxt Bakının tikinti sektorunda çox ciddi böhran yaşanır.

Yenixeber.org: Sektordakı mənbələrdən əldə etdiyimiz məlumatlardan belə nəticəyə gəlmək olar ki, budəfəki böhranın əsas səbəbi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyidir. Belə ki, Komitənin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləmədiyi və ya hansısa bəhanə ilə geri qaytardığı vurğulanır.

Bu haqda danışmazdan öncə qeyd edək ki, 2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda 2017-ci ilin sonlarından hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdə idi. Xüsusilə 2018-ci ilin əvvələrindən Bakıda start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradıb. Bu da paytaxtın bütün rayonlarında çoxmərtəbəli binaların inşasına olan tələbatı daha da artırıb. Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti şirkətlərinin layihələrini təsdiqləməyi ləngitməsi həm bu sahənin canlanmasının qarşısını alıb, həm də əhalinin mənzilə olan tələbatını ödəmək imkanlarının…

                              Mənzilə real tələbat və faktiki rəqəmlər

Qeyd edək ki, hələ bir neçə il əvvəl açıqlanan rəsmi məlumatlarda Azərbaycanda hər min nəfərə 180 mənzil düşdüyü vurgulanırdı. Bu isə Şimali Avropadakından üç, Şərqi Avropa ölkələrindəkindən iki dəfə azdır. Azərbaycanda şəhər əhalisinin 40 faizindən çoxunun yaşayış sahəsi 10 kvadratmetrdən də kiçikdir. Bu, əhalinin cəmi 3 faizinin normal yaşayış şəraiti ilə təmin edildiyi deməkdir.

Ekspertlər deyir ki, Azərbaycanda sovetlər dönəmində adambaşına il ərzində 2,4 kvadratmetr mənzil tikintisi aparılırdı. Hazırda isə mənzil tikintisinin həddi azalaraq, 0,17 kvadratmetrə düşüb. Mütəxəssislər deyir ki, il ərzində 1,5 milyon kvadratmetr mənzil istifadəyə verilməsi yetərli deyil. Çünki təkcə köhnə mənzillərdə fiziki aşınmanın həddi 2 milyon kvadratmetrə yaxındır.

Bu faktlar ölkədə mənzilə olan tələbatın nə qədər yüksək olduğunu, tam olmasa belə, təsəvvür etməyə imkan verir. Sadəcə əhalinin maddi vəziyyətinin ağır olması əksəriyyətin tikilən binalardan mənzil almasına imkan vermir. Nəticədə tikilən binalardakı mənzillər ya satılmır, ya da müyyən qrup tərəfindən alındığından boş qalır.  Bu da bəzən belə bir yanlış təsəvvür yaradır ki, guya, mənzil tikintisində təklif tələbi üstələyir. Əslində isə geniş şəkildə mənzil tikintisinə şərait yaratmaq, hətta dövlət dəstəyi vermək lazımdır ki, əhalinin böyük hissəsinin evə olan təlabatı ödənilsin…

6f8a5eb827c6b8ae2b317df6dadfea414af71cfa

Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2018: İş yerlərinin yaradılması məqsədilə islahatlar” reytinq hesabatında ölkəmizin mövqeyinin pisləşməsinin qeydə alındığı 3 istiqamətdən biri məhz tikintiyə başlama göstəricisiydi. Bu göstərici üzrə Azərbaycan 190 ölkə arasında 161-ci yerdə qərarlaşmışdı. Buna görə də, 2018-ci ilin əvvəlindən başlayaraq Azərbaycanda tikintiyə icazələrin verilməsi prosesinin şəffaflaşdırılması, bu sahədə iş adamlarına mane olan halların aradan qaldırılması istiqamətində bir sıra addımların atılmasına başlanıldı.

Bununla hökumət həm də 2015-ci il devalvasiyalarından sonra ölkədə işgüzar mühitdə, o cümlədən tikinti sektorunda yaranan durğunluğu aradan qaldırmağı hədəfləyirdi. Buna görə paytaxtın bir sıra ərazilərində köhnə binaların, eləcə də “xruşovkaların” sökülərək, yerində yeni çoxmərtəbəli binaların tikilməsi niyyəti açıqlandı. Prezident İlham Əliyev də çıxış edərək, ölkədə tikinti sektorunun inkişafına mane olan halların aradan qaldırılmasının zəruriliyini bəyan etdi, bu sahədə konkret addımlar atılacağını bildirdi.

                    Necə oldu ki, “Bir pəncərə” sistemi işi asanlaşdırmaqdan çətinləşdirdi?

Bu sahədə ən mühüm yeniliklərdən biri də BŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsində (hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib) tikinti icazələri üzrə “Bir pəncərə” sisteminin formalaşdırılması oldu. “Bir pəncərə”də Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, ASAN Kommunal, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələri təmsil olunur. Beləliklə, sahibkarın (sifarişçi) “Bir pəncərə”yə fiziki və ya online qaydada elektron müraciəti əsasında tikintiyə icazələrin alınması üzrə icraat prosesinə başlanılması nəzərdə tutulurdu.

4

Prezidentin tapşırıqları ilə 2018-ci ilin əvvəlindən başlayaraq bu sahədə görülən işlərin nəticəsində tikintinin başlanılması və istismarı üçün sənədlərin verilməsi sadələşdirildi, layihələrə rəy və izacələrin, eləcə də tikilinin istismarına icazə verilməsi müddətləri əhəmiyyətli dərəcədə qısaldıldı.

Bu sektor üzrə həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Nəticədə Dünya Bankının “Doing Business 2019” hesabatında “Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşdı.

Bu sahədə vəziyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə, ötən ilin avqust ayının əvvəlində Prezidentin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Komitəyə həvalə olundu.

Ancaq əldə olunan məlumatlar belə deməyə əsas verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti sektorunda vəziyyəti yaxşılaşdırmaq əvəzinə, əksinə, bürokratik əngəlləri və süründürməçiliyi daha da artırır. Paytaxtda tikintiyə icazələrin verilməsi Komitəyə həvalə olunduqdan sonra bu sahədə fəaliyyət göstərən iş adamları, şirkətlər çox ciddi əngəllərlə qarşılaşmağa başlayıblar. Əvvəllər iş adamları təqdim etdikləri layihələrə görə get-gələ salınırdısa, indi ümumiyyətlə hər hansı cavab ala bilmirlər.

Bu da təbii ki, iş adamlarının ciddi narazılığına səbəb olur. Redaksiyamıza verilən məlumatlarda bu narazılıqların ölkə başçısına da çatdırıldığı, Prezidentin buna görə Komitənin sədri Samir Nuriyevə ciddi xəbərdarlıq etdiyi də bildirilir.

                               Süründürməçiliyi aradan qaldırmaq üçün görülən tədbirlər

Prezidentin 28 dekabr 2018-ci il tarixdə imzaladığı “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Fərmanının da məhz iş adamlarının narazılıqlarını aradan qaldırmaq, Komitənin fəaliyyətini çərçivəyə salmaq məqsədi daşıdığı bildirlir.

ilham hersli

Hansı ki, yeni qaydalar tikinti layihəsini hazırlayacaq tərəfdən tutmuş sənədlərin yoxlanılması, müvafiq orqan tərəfindən rəy verilməsi, tikintiyə və istismara icazə müddətlərini, eyni zamanda, icazədən imtina və çatışmazlıqların aradan qaldırılması, tikinti obyekti üzərində əmlak hüquqlarının qeydiyyatının aparılma prosedurunu müəyyən etməklə yanaşı, onlar üçün tələb olunan vaxt məhdudiyyətlərini də bəlli edir.
Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. Eyni zamanda, tikintiyə icazə verən orqan 2 iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etməli və ya sifarişli poçt göndərişi vasitəsilə göndərməlidir.

Tikintiyə icazə icraatı çərçivəsində sənədlərin tamlığı təmin edilərək təqdim olunduğu gündən etibarən, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu baxımından Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 5 iş günü müddətində rəy bildirməlidir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə icazə verən orqanın sorğusu əsasında rəy bildirir. Tikintiyə icazəni yerli icra hakimiyyəti orqanının verdiyi hallarda, Komitə bu müddət ərzində rəy bildirmədikdə, yerli icra hakimiyyəti iradların olmaması prezumpsiyasından çıxış edir və tikinti layihəsi şəhərsalma sənədlərinə uyğunluğu baxımından razılaşdırılmış hesab olunur.

Yəni, icazə verən orqan sənədlərin tamlığını yoxlama müddəti daxil olmaqla, 15 iş günü müddətində tikintiyə icazə verməli və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul etməlidir.

Ancaq iş adamlarından daxil olan məlumatlar göstərir ki, yeni qaydalar təsdiq olunduqdan sonra da bu sahədə hər hansı dəyişiklik olmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə icazə və ya rəy almaq üçün göndərilən layihələrə hər hansı cavab verilmir. Bu da tikinti şirkətlərinin sektordakı fəaliyyətini dondurmasına , hökumətin bu sahəni canlandırmaqla bağlı planlarının reallaşmamasına səbəb olur.

1503474913_ob

Belə təsəvvür yaranır ki, Samir Nuriyev ya ölkədə tikinti sektorunun canlanmasını istəmir, hökumətin köhnə binaların, “xruşovkaların” sökülərək yerində yenilərinin tikilməsi planını doğru hesab etmir, ya da iş adamlarına bəlli olmayan başqa səbəblər mövcuddur.

Əlbəttə, dövlət başçısının ölkədə tikinti fəaliyyətinin həyata keçirilməsini sadələşdirmək istiqamətində atdığı addımlar qarşılığında Komitənin iş adamlarını, şirkətləri süründürməçiliyə salmasının səbəbini müəyyənləşdirmək çətindir.

Ancaq Komitə rəhbərliyinin bu siyasətinin ölkədə işgüzar mühitə ciddi zərbə vurduğu, xeyli sayda insanı iş yerindən və deməli qazancdan məhrum etdiyi danılmaz faktdır. Hansı ki, bu həmin insanları həm də hakimiyyətdən narazı salır.

                                        Tikinti sahəsindən mitinq meydanına…

Qeyd edək ki, bu, sadəcə bir ehtimal deyil, hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində fiksə olunmuş faktdır. Belə ki, müxalifətin 19 yanvar mitinqinə qatılanları sayının gözləntilərdən çox olması, şübhəsiz ki, hakimiyyətdə narahatlıq yaradıb. Bunun səbəbi araşdırılarkən məlum olub ki, aksiya iştirakçılarının sayının əvvəlki aksiyalarla müqayisədə ən azı 2 dəfə artmasının əsas səbəblərindən biri məhz tikinti sektorunda yaranmış qeyri-müəyyənlikdir. Daha doğrusu, yeni layihələrin həyata keçirilməsinin qarşısının alınması nəticəsində bir neçə aydır işsiz və deməli qazancsız qalan fəhlələr müxalifətin mitinqinə ciddi maraq göstəriblər. Əksəriyyəti rayonlardan gələn, kirayədə qalan usta və fəhlələrin aylarla işsiz buraxılması onları çətin duruma salıb: nə geri qayıda, nə də kirayə pulunu verə, yaşaya bilirlər. Buna görə də onların müəyyən hissəsi öz narazılıqlarını mitinqə qatılmaqla ifadə ediblər.

mitinq

Bunu yanvarın 26-da qeydə alınan bir fakt da bariz şəkildə sübut edib. Xəbər verildiyi kimi, müxalifətin yanvarın 26-na planlaşdırdığı növbəti mitinq, BŞİH tərəfindən sanksiyalaşdırılmamasına görə təxirə salınsa da, 50-yədək insan həmin gün “Məhsul” stadionuna yığışmağa cəhd edib. Onlardan 15-i polis tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, bu 15 nəfərdən biri də hansısa siyasi partiyanın üzvü deyil – hamısı son aylarda işsiz qalan fəhlə, suvaqçı, usta və sairədir.

Bu fakt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni və aydın olmayan tikinti siyasətinin yalnız iş adamlarını deyil, minlərlə adamı narazı saldığını söyləməyə əsas verir. Yəqin ki, bunun hesabı Samir Nuriyevdən soruşulacaq…

Murad MƏMMƏDOV(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam