Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Nəsimi rayonundakı qanunsuz tikintiyə Taleh Bəşirovla Asim Rzayev dəstək verir? -İLGİNC

nesimi-ih

 

Nəsimi rayonunun Memar Əcəmi metrosunun yaxınlığında bir neçə gündür qanunsuz tikinti aparılmaqdadır.

Yenixeber.org: Bu barədə mediada dəfələrlə yazılmağına baxmayaraq, aidiyyətı qurumlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi istisna olmaqla məsələyə reaksiya vermirlər.

Ekologiya Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında deyilir:

“Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.  Məsələ ilə bağlı “Qafqazinfo”ya idarənin rəisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağaclar təmir-tikinti işləri aparılan zaman kafe sahibi Famil Səfərovun göstərişi ilə kəsilib. Nəticədə təbiətə 11700 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Qurum rəsmisinin sözlərinə görə, faktla bağlı aprelin 2-də akt tərtib edilib: “Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış  materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib”.

Sosial şəbəkə istifadəçiləri nazirliyin açıqlamasını, sahibkara kəsilən cəzanın adekvat olmadığını, bu cəzanın ictimai rəyi susdurmağa hesablandığını bildirirlər.

Mediada yazılan məlumatda isə aparılan tikintinin Eldəniz adlı iş adamına məxsus olduğu yazılır.

Eldəniz adlı sahibkar Memar Əcəmi metrosunun yaxınlığında bir neçə uşaq geyimləri mağazası, Bakının “Gənclik” metrosu, Xətai rayonu, Abşeronun Xırdalan şəhəri və digər ərazilərdə obyektlərə sahibdir.

Sahibkara Əmlak Komitəsindən Taleh Bəşirovun, Nəsimi rayon icra hakimiyyətindən isə Asim Rzayevin dəstək verdiyi vurğulanır.

Məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilmədik. /qlobal.az/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam