Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

“Sumqayıt Bulvar”ın baş direktoru Seymur Məmmədov bu şirkəti qalib etdi - Vergi borcu var + FOTO

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar” Məhdud Məsuliyyətlinin  Dənizin səviyyəsinin enməsi səbəbindən üzə cıxan bərk məişət tullantılarının ərazidən yığılması,daşınması və zərərsizləşdirilməsi işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi ola"VEDİBASAR İNŞAAT" MMC ilə müqavilə imzalayıb.

Yenixeber.org: Məlumata görə, müsabiqənin məbləğ 65.863,82 AZN-dir. 

Tenderə əsasən tullantı zibillərinin ekskavatorla toplanması, tullantı zibilinin ekskavatorla yüklənməsi və 15 km məsafəyə daşınması, torpağın ekskvatorla qazılması və maşınlara yüklənməsi, torpağın 2 km məsafəyə daşınması, torpağın töküldüyü yerdə bulduzerlə hamarlanması t=10÷15 kimi işlər görülməlidir. 

Əldə etdiyimiz digər məlumata görə, qalib MMC-nin vergi borcu var.  "VEDİBASAR İNŞAAT" MMC-nin vergi borcu  4399.84 AZN-dir. 

Nizamnamə kapitalı 50 AZN ola “VEDİBASAR İNŞAAT” MMC-nin qanuni təmsilçisi Əlizadə Orxan Səbirəddin oğludur.

Mediada gedən məlumatlara görə, Əlizadə Orxan Səbirəddin oğlu riskli vergi ödəyicisi olan “AZ GLOBAL GROUP” MMC-nin də qanuni təmsilçisidir ki, bu da Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na görə yolverilməzdir.

Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovdur.  “Sumqayıt Bulvar” MMC-nin baş direktoru Seymur Məmmədovdur. 

Yerli mediada gedən məlumatlara görə, o vaxtı ilə dələduzluğa görə ittiham olunub.(32gün.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam