Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

İblis obrazı mifoloji-dini şüurda və Hüseyn Caviddə

Hüseyn Cavidin “İblis” pyesində ruhunu şeytana satan insanların aqibəti •  Faktinfo.az

Yenixeber.org: H.Cavidin əsərləri insan faciəsini, insanın bitməyən kədərini göstərdiyi dərəcədə oxucunun yaşamaq ümidini bir an da azaltmır. Çünki Cavidin yaradıcı insan olaraq harayında insan, ulus, bəşər dərdinə,
halına doğma yanaşma var. Cavidin həqiqət axtarışları bitmir, tükənmir, insanlara, əbədi sabahlara yeni yaradıcılıq imkanları yaradır. Onun qəhrəmanları gerçəkliyə sığmırlar.
Cavid gerçəkliyi gözəl bildiyi dərəcədə bənzərsiz yaradıcı xəyalçıdır. “Şeyx Sənan” faciəsi sevdiyim əsərlərdəndir, insanın həqiqətə doğru qarşısıalınmaz, qeyri-adi, bənzərsiz sevgisini, həqiqətə qovuşmaq ehtirasını ifadə edir. Ümumiyyətlə, Cavidin bütün əsərlərində insanın ali həqiqət axtarışları başlıca yer tutur:
Hər qaranlıqda çırpınır bir nur,
Hər həqiqətdə bir xəyal uyuyur.
Cavid “Şeyx Sənan”da özlərindən ayrı düşənlərin faciəsini dahiyanə şəkildə göstərir. İnamsızlıqdan adamların içərisində qorxu, böhtan ağacı boy atır, şübhə meyvələri yetişir, ancaq Sənanların içərisində ədalət, ülviyyət ağacı bitir, fərəh, inam meyvələri yetişir. Sənanın ömrünə bənzərsiz qətiyyət gəlir, iradə məqamına yüksəlir. İdrakın gerçək idrakdan göy qədər uca, əlçatmaz səviyyəsi var. Bu həqiqəti Cavid dərindən anlayır, duyur, özünəməxsus ifadə edir.
Cavidin Səyavuşu, Xəyyamı da zamana qarşıdır, şəraitdən, mühitdən yüksək həqiqət istəyir. Cavid oxucunun idrakını zamandan ötəliyə çağırır, onu özündəki naqisliklərlə barışmağa qoymur...
Şairin qəhrəmanları mənəviyyatın göy səviyyəsinə yüksəlirlər. Bu obrazlar insanları ədalətsizliyə, həqiqətsizliyə qarşı durmağa çağırır, ləyaqətsizliyə, azğınlığa, zalımlığa, harınlığa qarşı vuruşur, örnək olurlar.
                ***
Faciəvilik ruhlu insanın zamandan üstünlüyüdür, fərdin özündən keçməsi bahasına başa gəlir. Ulus məsələsi uca hadisədir. Əgər fərd anlayırsa ki, onun aqibəti xalqı yaratmağa xidmət edir, deməli, bu faciəvilik artıq gerçəkliyə sığmayan aqibət, özünütəsdiqdir. Böyük mənada aqibətini yaşayan insan bilir ki, onun gerçəkləşdirmək istədiyi əməl faciəsiz başa gəlməyəcək. Hüseyn Cavid bu bənzərsiz taleyi yaşadı, qəhrəmanlarının aqibətini təsdiq etdi.
Cavidin “İblis”indəki insanlıq harayı İblisə uymuşların inamsızlığına qarşıdır. Əsərdən alınan qənaət budur: yerdəkilərin İblis adlı səcdəgahı var, onlar yüksələn göründükləri dərəcədə alçalırlar, çünki göysüzdürlər. Cavid haray çəkir: insanların yaşamında zülmət gətirən İblis halı yaranır. İnsanların duyğu, iradə yoxluğundan fitnə-fəsad, şərdən yoğrulmuş işlər törəyir. Xurafat, cəhalət, anlamsız adət-ənənələr mənəviyyatsızlıq yaradır. Şairin qəhrəmanları zəlilləşmənin yaratdığı qələbəyə inanmır.
Mənəviyyatsızlar vicdanın səsini eşitmirlər, çünki İblisə tapınırlar. H.Cavidin ölçüsündə İblislik insansızlıqdan yaranır. Bu, şübhəsiz, doğru yanaşmadır.
                ***
Azərbaycan folklorunda İblis (Şeytan) mövzusuna atalar sözü və məsəllərdə (“Şeytana papış tikir, dabanını da deşik qoyur”, Şeytandan da betərdir”, “Şeytanın dal ayağıdır” və s.), inanclarda (“Axşam düşəndən sonra yerə qaynar su tökmək olmaz, cinlər balalarıynan gəzirlər, yandıqları üçün insandan qisaslarını mütləq alırlar” və habelə folklorun başqa janrlarında (əfsanə, rəvayət, nağıl və s.) rast gəlinir. El arasında “Cin ayrı, şeytan ayrı” kimi çox işlənən məsəl də var. Göyçədən toplanmış mifoloji rəvayətdə qoca kişi hal arvadını tutur, məlum olur bu cindir, onu bir şərtlə buraxır ki, nəslindən – “yeddi arxa dönəninnən” kim varsa, ona toxunmasın. “Cin dərəsi” adlı mətndə deyilir, Göyçənin Ağbulaq kəndində Usuf adlı kişinin faytonuna ağ paltarlı adam minir, çiynində də kisə olur. Usufbunu nə qədər danışdırırsa, dillənmir. Sən demə, bu, cin imiş, qəbiristanlığa çatanda düşür. Usuf bərk qorxur, yatağa düşür, bir də o yolu tək getmir. “Cin gəlini” adlı mətndə yad yerdə əxlaqa uyğun davranmayan adam başına gələn qorxulu hadisəni danışır. Məlum olur, əylənmək istədiyi qadın cin imiş. Bir də bu cür etməyəcəyinə and içdikdən sonra qopmuş qulağı yerinə qayıdır, cinlər onu öldürmürlər. Mahiyyətcə buradakı cin obrazı şeytan anlamında anlaşılır.
Mətnlərdə fobiyanın (qorxunun) güclü olduğu aydınca görünür. Hadisənin iştirakçıları dünyaya gözlərini açandan eşitdiklərinin təsiri ilə ömrü boyu yaşayır, altşüurda bu, xof səviyyəsində qalır, bu və ya başqa şəraitdə (qaranlıqda, gecə tək yol gedərkən, uyğun olmayan davranış zamanı və s.) qarşılaşdıqları duru- mu “normalaşmış məntiqlə” əsaslandırırlar.
İblislik ağılda, ömürdə necə yaranır? Əslində İblis şər saydığımız duyğuların (qorxu, həsəd, köləlik, xəbislik, cahillik, vəhşilik, hərislik, zalımlıq və s.) ifadəsidir. Minillər öncəki insanların həyata, təbiətə münasibəti şübhəsiz, indiki səviyyədə deyildi. Onun istər-istəməz ətrafda baş verənləri anlaya, dəyərləndirəbilməməsi, çoxçeşidli fobiyalarının, anlaşılmazlıqlarının, tərəddüdlərinin,mənasız həyəcanlarının yaranmasına səbəb olurdu.
İbtidai insanların yaşamından indiki dövrə kimi bəşər təsəvvürəgəlməz dərəcədə inkişaf yolu keçib. Bu gün dünyada kompüter texnologiyalarının inkişafı artıq qarşısıalınmaz görünməklə yanaşı, sabahımızda hətta böyük fəsadlar yaradacağı haqqında faktlarla danışılır. İnsangerçəkdən yaratdıqlarının əsirinə çevrilmək təhlükəsi ilə üz-üzədir. Belə bir zamanda yenə də tə- rəddüdsüz olaraq praqmatik ağıldan fərqli olaraq yaradıcı, insanlığa əsaslanan idrakın məntiqində mənəviyyat məsələsi önə keçir, buna qaçılmaz gərəklik yaranır.
             ***
Ulusların, dövlətlərin sabahkı taleyi artıq hamını ciddi şəkildə düşündürməkdədir. Ancaq müharibəni yaradan güclərin bu amansız gedişi dayandırmaq fikirləri göründüyü kimi yoxdur. Yəni dünyanın halsızlığının, ölkələrarası, insanlarası münasibətlərin kökündə elə insanların halsızlığı dayanır. İnsanlarası münasibətlərin pisliyi ölkələrarası münasibətlərin pisləşməsinə səbəb olur.
İblis (Şeytan) mövzusunun insan idrakının işığında, mənəviyyat imkanlarını aşkarlamaqla həll etməli olduğu halda bəşərin bu qanlı gedişdə özünü qəsdən çaşdırması dəhşətli dərəcədə ağrılıdır. Çağdaş dünyəvi düşüncə sivilizasiyalı gediş deyərkən daha çox texnoloji əsaslanmanı önə çəkir. Habelə dünyada dini təmayüllərin artması, çoxçeşidli gərginliklərin, anlaşılmazlıqların qalması yenə də bəşərin təzadlı yaşamasından xəbər verir. Bu baxımdan araşdırdığımız mövzunun aktuallığı göz önündədir. İnsanlığın məntiqi deyir ki, çağımızda bu yöndə elmi araşdırmaların canlı, ömürdən gələn insani məntiqlə birikməsi qaçılmazlığa çevrilir.
Əcdad düşüncəsində Xeyirin gec-tez qələbə çalacağına sarsılmaz inam Cavidlərin qələmində yenidən
ömürləşir, çağımıza nəfəs səviyyəsində mənəvi yön verir.
Mifoloji-dini şüurda İblis (Şeytan) obrazının daimi varlığı, qarşısıalınmazlığı əslində insanın öz yaradıcı imkanlarına tam inanmaması, alın yazısı mifizminə qapılması ilə bağlıdır. Əcdad düşüncəsində altşüurunda bu, artıq qarşısıalınmaz fobiktəmayülə çevrilir, minillərdir transformasiyaya uğrayaraq gerilikçi yol gəlir, mahiyyətcə isə demək olar, xeyirliyə heç nə dəyişmir.
Fobik əhvallar çağımızda psixologiya, psixiatriya tərəfindən təhlil olunur, irsiliyin problemləri araşdırılır, ancaq həm də insanın fobiya ilə yanaşı ağalıq duyğusunun bir-biri ilə bağlı olduğu unudulur. Psixologiya, psixiatriya bu mövzunu da təbii olaraq öyrənir, ancaq “necədir?” sualına cavab verir, “nə üçün?”, “necə etməli?” suallarına cavab vermir. Folklor mətnlərində bu halsızlıqların doğurduğu əhvalları aydınca görmək olur. Yəni qorxan (fobiyaya məruz qalan) həm də qorxuzur.
Ərdoyla bağlı mətnlərdə bunun izlərinə rast gəlmək olur. Ərdoyu bir kişi meşədə tutub kəndə gətirir, işlədir. Bunlar metal əşyadan qorxurlarmış. Ancaq fənd işlədib qaçarkən uşaqların bir neçəsinin yanağını dişləyir. Halla bağlı inanclarda isə həyat yoldaşı doğan kişi Halı qorxuzmaq üçün tüfəng atır.
Cinlərlə bağlı bu inanc indi də adamların təsəvvüründə var. Təsadüfi deyil ki, kəndlərimizdə bəzi evlərin girişində indi də köhnə at nalı vurulur. Səbəbi odur ki, inanca görə, cinlər metal əşyadan qorxduqları üçün evə girə bilmirlər.
Mifoloji-dini şüurda ibtidailikdəngələn fobiya(qorxu) “elmiləşdirilir”, standartlaşdırılır, yəni aqibətləşdirilir, əbədi həyat təmayülünə çevrilir.
       ***
İblis mövzusuna münasibət istər-istəməz dindəki yanaşmanı təhlil etməyi önə çəkir. Dinə görə, İblis zəhərli oddan yaradılıb. Bununla bağlı çoxlu dini təfsirlər var: İnsanın palçıqdan, İblisin isə oddan yaradılması dönə-dönə vurğulanır. Dində bu məsələ xüsusi şəkildə obrazlaşdırılır. Azərbaycanda islamın gəlişindən sonra bu yöndə təsəvvürlər çulğaşıb, daha çox isə dinin təsiri üstünlük təşkil edib. Dini şüurda İblis insanları ardıcıl çaşdıra bilən bir varlıqdır.
İblisin oddan yaradılması ideyası onun daha çox yandırıcılıq, məhvedicilik xüsusiyyəti ilə bağlıdır. Ancaq Azərbaycan ictimai düşüncəsində odun isidicilikdən üstün, işıqpərəstlik yönü özünü aydın şəkildə göstərir. Zərdüştün “Təmiz söz, təmiz düşüncə, təmiz əməl” düsturu mahiyyətcə Azərbaycan türk düşüncəsidir. Burada insanın içdən arınması, od amilinin mənəviliyinin ön plana çəkilməsi aydınca görünür. “Avesta”da iki əsas qütb var: Xeyiri təmsil edən Hürmüzd, Şəri təmsil edən Əhrimən. Hürmüzd hər yerdə Əhrimənlə döyüşür, onun gec-tez məhv olacağına, tamam silinəcəyinə inam var. Əsatirdən yaranan bir dinin şəxsində bu, ciddi bir ideya idi.
Azərbaycan-türk hadisəsi Zərdüştçülüyü Tanrıçılığın davamı saymaq olar. Novruz düşüncəsində Xeyir və Şər ideyalarının yaşarılığı var, əcdad düşüncəsində soyuq (qış) Şər, istiliyin (yazın) gəlişi, təbiətin canlanması Xeyir sayılıb. Zərdüştlükdəki od Türk düşüncəsindən gələn oda ilahi-insançı münasibətə əsaslanır. Novruz düşüncəsində odun insanı içdən təmizlədiyinə inam olub, indi də bu fitrətən yaşayır. Bu, odun tanrılaşdırılmasıdır. Dinlərdə, eləcə də İslamda odun İblis obrazında təqdimi ilə Türk düşüncəsində Oda ilahi-insançı, yaradıcı (içi təmizləyici) yanaşmadan tamam fərqli bir yanaşma var.
Xeyir-Şər təzadı var, dialektik məntiqdən fərqli olaraq təzadların birliyi yoxdur. Əslində əcdad düşüncəsindəki qətiliyin məntiqi burada aydın görünür. Türk düşüncəsində Xeyirə Şərə münasibətin sərhədi, aydınlığı var.
Dünyanın gedişində Şər, yəni Xeyirə uyğun gəlməyən nizamsızlıq, çatışmazlıq var, insanların minillərdir gerçəkliyə qarşı müxtəlif səviyyələrdə hiddəti, razılaşmaması davam edir. İblisin ruh sayılması, eləcə də “şər ruh” anlayışı yüzillərdir insanların ağlında normalaşıb, oturuşub. Ancaq ruh anlayışının mahiyyəti bütün sahələrdə fəlsəfədə, dində, elmdə tam anlaşılmadığına görə mövzu hələ ki, açıq qalmaqdadır. Mahiyyətcə insanın inamı, idrakı, mənəviyyatı və iradəsinin birliyi olan ruhun keyfiyyətlərinin insanlığın bugünkü səviyyəsində öyrənilməsi bəşərin yeni bir inkişaf səviyyəsini yarada bilər.
            ***
İblis mövzusu çağımızda da cəlbediciliyini saxlayır. İblisin – Şərin daxildən təmizlənməsi, yoxa çıxarılması mümkündürmü? Dində alınyazısı olduğundan bunun aradan qaldırılması mümkünsüzləşir, insan ömrü boyu yaratdığı təsəvvürlər sistemindən asılı olaraq qalır. Yəni dini sistemə görə insanın taleyi öncədən müəyyənləşdirildiyindən onun özünüislahetmək imkanı tamamilə yoxa çıxır. Cavidlərin yaratdığı bəşəri ədəbiyyatın böyük istəyi odur ki, insan özünə yiyə dura bilsin.
Tanrıçılıqda insan Tanrısı ilə bir ola bilir. Əslində Türk insanı Tanrısı ilə birlikdə, həm də Tanrı olaraq dünyanın yaradılışında iştirak edə bilir. Dində dünya Dünyadan qıraqdakı qüvvə tərəfindən yaradılır, Tanrıçılıqda isə dünyadakından yaradılır. Yüzillərdir ədəbiyyat bu mövzuya müraciət edir, bədii ədəbiyyat ölçüsündə çıxış yolu axtarılır.
F.Dostoyevskinin “Cinayət və cəza” romanının əsas surəti Raskolnikov Napoleon olmaq istəyir. Bu səbəbdən də varlı sələmçi qarını vicdan əzabı çəkmədən öldürür, ancaq müəyyən vaxt keçdikdən sonra cinayətini etiraf edir, obrazlı desək, Şeytan onu axıradək yenə bilmir. Əslində burada vicdan amilinin insanın içində ölçü olduğu görünür, bilinir.
Hötenin “Faust”unda Mefistofel Tanrı ilə bəhsə girir. Sual yaranır: Faustun qüdrətinin yaranması Mefistofelin köməyinəmi möhtac idi? Başqa cür mümkün deyildimi? Hötenin “Faust”unda yaşı artıq ötmüş olan Faust Mefistofelin – İblisin inadı qarşısın- da yenilir. Mefistofel ona gözəl günlər vəd edir. Əgər Faust ruhunu İblisə verib cavanlığını alırsa, bu yaşam necə ideal, insanlığa uyğun ola bilər? Göründüyü kimi, Qərb dünyası Höte kimi düşüncə yiyəsinin şəxsində çaşır, bəşəri də çaşdırır. Belə insanlığa ideal sayıla biləcək xoşbəxtlik olmur. Burada insanlığın məntiqi pozulur.
            ***
Faustun yanaşmasından fərqli olaraq Caviddə Xeyirin Xeyir, Şərin isə Şər sərhədi aydınca bilinir, insanlığından ayrılanların faciəsi təsvir olunur, şər daşıyıcısı ola bilməyənlərin məsumluğu insanlıq dərsi kimi təqdim edilir. Cavid şübhəsiz, Hötedən də bəhrələnib, ancaq onun əsəri mahiyyətcə İnsançı ideyasına görə Höteninkindən üstündür. H.Caviddə bunun özünəməxsus, həm də fəlsəfi həllini görürük. Cavid Hötedən fərqli olaraq bəşərin qurtuluş yolunu özünəməxsus göstərə bilir: İnsan içindəki şərdən qurtulanda dünya var olacaq. Dünyanın pis günə qalması şəraitlə, dindəki alın yazısı ilə bağlı və s. deyil, insanın özünün yaratdığı durumla bağlıdır. “İblis” əsərinin qeyri-adiliyi bir tərəfdən gerçəkliyin peşəkar şəkildə ifadə olunması, başqa tərəfdən, ona bənzərsiz romantik çalar verilməsindədir. Əslində bu mövzuda “İblis”i dünya klassikasının ən gözəl əsəri saymaq olar.
Ya rəbb, bu nə dəhşət, nə fəlakət,
Ya rəbb, bu nə vəhşət, nə zəlalət?!
Yox kimsədə insaf, mürüvvət!
BuradailahiünvanaünvanlananharayəslindəVicdanınsəsidir.Cavidgerçəkliyinacı,zəlil durumunu aydın təsvir edir, ancaq dəhşəti bu sayaq ifadə etmək insanlığa, insana ümidin əlamətidir:
Yaxud:
Ya rəbb, bu cinayət, bu xəyanət, bu səfalət
Bulmazmı nəhayət?!
Yüz min deyil iblisə uyan, həp bəşəriyyət
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət!
Duyduqca, düşündükcə olur qəlbimə tarı,
Min şübhəli illət.
Min dürlü həqiqət mənə xəndan, həpsində də zülmət!
Cavid çağında ideal sayılan nə varsa, hamısında yalan görür. Fəhmi ona deyir ki, şərə qarışmış xeyir artıq xeyir deyil, şərdir. Şər dünyanın mayasında, mahiyyətində deyil, zahirən güclü olsa, sayılsa da, təməlsizdir. Bu gedişi yaradan insanlardır, onlar özləri də bunu sonlandıra bilərlər.
Hər fəlsəfə, hər dinü təriqət, bütün adət
Rəqs etmədə həp olsa xəyal, olsa həqiqət.
Həp rəqs ediyor hüznü sürur, eşqü fəlakət,
Həp rəqs ediyor xeyirlə şər, elmü cəhalət
Rəqs etmədə hətta o görünməz ulu məbud,
Rəqs etmədə hətta o vücudi-ədamalud.
Caviddə məsələ problem geniş biçimdə qoyulur. Dünyanın gedişatındakı şər Arifləri qatilə çevirir, İxtiyarları halından eləyir. Cavidin haqlı, idraklı kədərinin mayasında həm də böyük bir ümid yaşayır.
        ***
Cavid insanlığın ümidini insanın vicdanında arayır, inamında yanılmır. İblis obrazı mifoloji-dini şüurda və yazılı ədəbiyyatda bəşərin indiyə qədərki idraki səviyyəsinin ifadəsi olaraq özünü göstərir. Mövzunun bundan sonra daha geniş, çoxçalarlı araşdırılması zərurəti yaranır. Burada dünya ədəbiyyatı örnəklərindən bir neçəsi haqqında qısa danışmaqla H.Cavidin “İblis”i ilə paralellər apardıq. Gəlinən qənaət odur ki, H.Caviddə sözügedən mövzuya yanaşma bənzərsiz məntiqli, insanlığa, deməli, ədəbiyyatın da sabahkı özünütəsdiqinə uyğundur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam