Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qromıkoya irad tutan, kommunist təbliğatına əngəllik törədən amerikalı GENERAL

O, XX əsr Amerika tarixinin ən məşhur simalarından biri olub. Xüsusilə, İkinci Dünya müharibəsi dövründə Corc Ketlett Marşall beynəlxalq müstəvidə böyük nüfuz qazanıb.

Yenixeber.org: Kommunistlərə qarşı sərt mövqe sərgiləyən Marşall hələ Andrey Qromıko ABŞ-da səfir və BMT-nin daimi nümayəndisi olduğu vaxtlar sovet diplomatına açıq şəkildə öz iradını bildirməkdən də çəkinməyib:

- Cənab Qromıko, siz siyasətdə nadir hallarda səhvə yol verirsiniz. Amma hər dəfə mənə müraciət edəndə səhv buraxırsınız. Siz unudursunuz ki, mənim soyadımın sonunda iki “l” hərfi var və soyadımı düzgün tələffüz etmirsiniz. Nədənsə ruslar mənim adımla düzgün rəftar etmək istəmirlər. Bəlkə də bunu qəsdən edirsiniz...

QROMA.jpg (94 KB)

Təmkinli Qromıko isə ona özünəməxsus cavab verib:

- Biz dünyanı rus dilində görürük...

Marşallın sovet məmurları ilə belə çəkişmələri az olmayıb.

Qeyd edək ki, 1880-ci ildə Pensilvaniya ştatında anadan olan Corc Ketlett Marşall Virciniyada hərbi institutda ali təhsil alıb. İnstitutu bitirdikdən sonra piyada qoşunlarında xidmətə başlayıb, Birinci Dünya müharibəsində iştirak edib. 1938-ci ilə qədər ayrı-ayrı hərbi strukturlarda orta və yüksək vəzifələr tutan Marşall həmin il ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahında hərbi planlaşdırma şöbəsinə təyinat alıb. Məhz həmin ərəfədə Marşall Amerikanın ən tanınmış hərbi xadimlərindən biri sayılan, Franklin Ruzveltə yaxınlığı ilə fərqlənən ordu generalı Duqlas Makarturanın böyük etimadını qazanıb. Elə bu etimadın nəticəsində də İkinci Dünya müharibəsi başlananda Marşall Amerika ordusunun qərargah rəisi vəzifəsinə təyin olunub, eyni zamanda Ruzveltin strategiya və taktika məsələləri üzrə müşaviri vəzifəsini daşıyıb. 1944-cü ildə Ruzvelt ona ordu generalı rütbəsini şəxsən təqdim edib.

Marşall ABŞ prezidentinin ən etibarlı adamlarından biri olaraq Ruzvelti bütün görüş və səfərlərdə müşayiət edib, o cümlədən böyük üçlüyün (Ruzvelt, Stalin, Çörçill) görüşlərində də.

QROMAN.jpg (63 KB)

Müharibə illərində ən tanınmış hərbi simalardan biri sayılan Marşallın fəaliyyəti dünya ictimaiyyəti tərəfindən maraqla izlənilib. O, 1943-cü ildə “Time” jurnalı tərəfindən “ilin adamı” elan edilib. Marşall 1947-ci ildə bu titula ikinci dəfə də sahib olub.

İkinci Dünya müharibəsi sona çatdıqdan sonra, 1945-ci ilin noyabr ayında Marşall qərargah rəisi vəzifəsindən istefa verib. Amma o, hərb işindən birdəfəlik ayrılmayıb, 1945-1947-ci illərdə ABŞ prezidentinin Çində rəsmi nümayəndəsi vəzifəsində işləyib.

1947-1949-cu illərdə ABŞ-ın dövlət katibi vəzifəsini tutan Marşall SSRİ-yə qarşı kəskin münasibəti ilə fərqlənib və o, kommunizm ideyalarının yayılmasına, təbliğatına qarşı ciddi mübarizə aparıb.

MAGE SON.jpg (78 KB)

Amerikanın siyasi tarixində Marşall irəli sürdüyü “Marşall planı” ilə yadda qalıb. Bu plan 3 avqust 1948-ci ildən həyata keçirilməyə başlanıb. “Marşall planı”na əsasən, müharibədən sonrakı Avropaya ABŞ tərəfindən yardım edilməsi nəzərdə tutulub. Plan əsasən bir neçə istiqamət üzrə həyata keçirilib. Birincisi, müharibə nəticəsində dağılmış tikililərin bərpası. İkinci istiqamət Avropada əhalinin maddi-sosial vəziyyətini yaxşılaşdırmaq. Ücüncü, ticarət əlaqələrini genişləndirmək və bu sahədəki əngəlləri aradan qaldırmaq. Daha bir istiqamət isə sənaye və bütövlükdə istehsalat müəssisələrini yeniləmək və s.

ABŞ “Marşall planı”nın həyata keçirilməsinə 13 milyard dollar sərf edib. Amma sözsüz ki, Amerika hökuməti bu vəsaiti Avropaya heç də sırf yardım məqsədi ilə xərcləməyib. “Marşall planı”nın görünməyən tərəfində müharibədən sonrakı dövrdə Amerikanın Avropaya nəzarəti gücləndirmək məqsədi dayanıb. İkinci görünməyən tərəf isə Avropada sosialist düşərgəsinin genişlənməsinin, güclənməsinin qarşısını almaq olub.

QEOMİN.jpg (66 KB)

ABŞ prezidenti Trumen zaman-zaman Marşallın fəaliyyətini yüksək qiymətləndirsə də, prezidentlə dövlət katibi arasında bəzi məqamlarda fikir ayrılığı da yaranıb. Trumen prezident kimi öz siyasətində İsraili dəstəklədiyi halda, Marşall bu münasibətə qarşı sərt etirazını bildirib. Marşall neftlə zəngin olan ərəb ölkələri ilə əlaqələrin daha sıx qurulmasının tərəfdarı olub. Nəhayət, ABŞ İsraili rəsmi şəkildə dövlət kimi tanıyanda və diplomatik əlaqələri rəsmiləşdirəndə Marşall buna etiraz əlaməti olaraq dövlət katibi vəzifəsindən istefa verib.

1949-1950-ci illərdə Marşall Amerika Qırmızı Xaç Cəmiyyətinə rəhbərlik edib.

1950-ci ildə, Koreya müharibəsi dövründə Marşall ABŞ-ın müdafiə naziri vəzifəsinə təyinat alıb. Ancaq o, bu vəzifədə cəmi bir il xidmət edib. 1951-ci ildə general səhhəti ilə əlaqədar nazir vəzifəsindən istefa verib.

İMAGE.jpg (42 KB)

1951-ci ildə hərbi və siyasi fəaliyyətdən uzaqlaşan Marşall Virciniyadakı evində yaşayıb, şəxsi həyətində bağbanlıq və tərəvəz yetişdirməklə məşğul olub. 1953-cü ildə Amerika hökumətinin təşəbbüsü ilə Marşall ABŞ nümayəndə heyətinin rəhbəri kimi Böyük Britaniyada II Yelizavetanın tacqoyma mərasimində iştirak edib. Elə həmin il Marşall Nobel Sülh Mükafatının laureatı adını da qazanıb.

Corc Ketlett Marşall 1959-cu ildə, 78 yaşında Vaşinqtonda vəfat edib. O, Vaşinqton ətrafında yerləşən prezidentlərin, ali rütbəli hərbçilərin, astronavtların və yüksəkçinlilərin dəfn olunduğu Arlinqton milli qəbiristanlığında hərbi şərəflə dəfn edilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam