Redaktor seçimi
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Günün xəbəri

Qulağı qoparılan sahibkar da -Həbs olundu

qulagi-qoparilan-sahibkar-da

Marketin qarşısında qonşusu ilə davada qulağı qoparılan 35 yaşlı Nihad Əliyevin də məhkəməsi keçirilib.

Yenixeber.org: Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə “Həsənoğlu Market”in sahibi olan N.Əliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Məhkəmənin hökmü ilə ona 2 il 3 ay həbs cəzası verilib. Nihad məhkəmə zalındaca qandallanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Nihadla dalaşan Kürdəmir rayon Sor-Sor kənd sakini 43 yaşlı Cavad Rüstəmova (soyadlar şərtidir) da hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavad 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 3 il 6 ay həbs cəzası alıb.

Bildirilib ki, cinayət hadisəsi ötən il oktyabrın 6-sı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bəhruz Kəngərli küçəsində yerləşən “Həsənoğlu Market”in qarşısında baş verib.

Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Nihad ona irad bildirərək hücum edib. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.(“Qafqazinfo”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam