Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

ÖLKƏDƏ YAYILAN KORONAVİRUSDU, YOXSA "DONUZ QRİPİ"?... -"Xəstəlik bir aydır yayılıb, bunun nə olduğunu desinlər"

Səhiyyə Nazirliyindən "Turan"a da təsdiqləyiblər ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: "Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyədək ölkə ərazisində "donuz qripi" virusu aşkarlanmayıb".

Qeyd olunub ki, qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır: "Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil".

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də Azadlıq Radiosuna bildirib ki, hər il bütün dünyada payız-qış fəslində mövsüm xəstəlik kimi kəskin respirator virus infeksiyaları yayılır: "Bu da növbəti birisidir. Ola bilsin, koronavirusun mutasiyaya uğramış daha yüngül xəstəlik yaradan bir ştammıdır, ola bilsin, başqa virusdur. Əlamətləri bir az kəskin intoksikasyon sindrom verir və daha çox sinusitlə ağırlaşır (haymorit), yuxarı tənəffüs yollarının iltihablaşma, halsızlıq, oynaq ağrıları ilə özünü göstərir".

Lakin o qeyd edib ki, koronavirus tüğyan edən zamanda ağciyərdə görünən mənzərə görünmür: "İndi yayılan yoluxma halları ki var, onların bir çoxunu mən yoxlamışam və ağciyərdə ciddi dəyişiklik müşahidə edilmir, tək-tək pnevmoniya ilə ağırlaşma olur".

Həkim hesab edir ki, xəstəlik yayılan kimi xəstələrin qanından, burundan, boğazından nümunə götürülməli və xüsusi laboratoriyalarda analiz edilməli idi: "Bununla da virusun ştammı aşkarlanmalı idi. Xəstəlik bir aydır yayılıb, müvafiq qurumlarımız çıxıb bunun nə olduğunu desinlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam