Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavirus haqqında bütün bilinənlər -yığcam şəkildə

 

 Yenixeber.org: Koronavirus haqqında o qədər çox informasiya var ki, içində itib-batmaq olar. Biz sizin üçün ən vaciblərini topladıq. Ümid edirik ki, öyrənmək istədiklərinizin hamısı aşağıdakı 80 faktda var.

1."Covid-19" və "SARS-CoV-2" fərqli viruslardır. "Covid-19" - xəstəliyin (D - "disease" sözünün baş hərfidir), "SARS-CoV-2" isə virusun özünün adıdır.

2."CoV" - "CoronaVirus" sözünün qısaldılmış formasıdır. "Tikanlı" kənarları günəş tacını xatrlatdığı üçün virusu belə adlandırıblar.

3.Koronoviruslar bioloji saxtakarlardır - tikanların hər biri faydalı maddə molekulunu imitasiya edir, buna aldanan hüceyrə reseptorları onları məmnuniyyətlə içinə çəkir, tikanın ardınca virus özü də hüceyrəyə virus daxil olur və bu, yoluxmayla nəticələnir.

4."Yeni koronavirus" termini (novel və ya nCoV) virusun nə alimlərə, nə də hüceyrələrimizə tanış olduğu deməkdir.

5. 2 milyon illik təkamül dövründə bizim immun sistemimiz məlum infeksiyaların bir çoxuyla mübarizə aparmağı öyrənib, ancaq yeni koronavirus onu qəfil yaxalayıb. Məhz bu səbəbdən yeni virusun öhdəsindən gəlmək bu qədər çətin, ona yoluxmaq bu qədər asandır.

6.Hüceyrəni əsir alan virus zülal əvəzinə öz nüsxələrini istehsal etməyə məcbur edir, həm də dayanmadan. Bu, zəncirvari reaksiya yaradır və nəticədə hüceyrə məhv olur, infeksiya daşıyıcı isə yoluxucu xarakter qazanır.

7.Yoluxmanın ilkin mərhələsində yeni koronavirus aktiv şəkildə boğazda və nəfəs yollarında çoxalmağa başlayır. Sonra infeksiya aşağı enib ağciyərə çataraq iltibah əmələ gətirə bilir.

8. Ona görə yoluxmanın ilk əlaməti öskürəkdir. Temperatur bundan sonra yüksəlməyə balayır.

9. Ancaq qızdırma heç də hamıda müşahidə olunmur - Uhanda pasientlərin 30%-ində xəstəxanaya daxil olma anında normal temperatur olub.

koronavirus

10. Yoluxanların bir çoxunda (18% və ya hər beş nəfərdən biri) heç öskürək də olmur. Yəni bəzi şəxslərdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir və insan yoluxduğunu heç bilmir də.

11. Belə şəxslər aktiv daşıyıcı hesab olunurlar və başqalrını yoluxdura bilirlər.

12. "Covid-19"-un yüngül forması adi mövsüm qripini xatırladır: quru öskürək, qızdırma, ümumi zəiflik, bəzən də əzələ və baş ağrıları.

13. Bu cür yoluxmanın müalicəsi də adi qaydalara uyğun olur - ev şəraitində və simptomlara uyğun olaraq.

14. Koronavirusun ən qeyri-adi xüsusiyyətlərindən biri dad və iy hissinin itməsidir.

15. Bu, heç də hamıda rast gəlinən hal deyil və xəstəliyin yeganə sipmtomu ola bilir.

16. Ona görə də bu hisslərinizi itirsəniz, demək ki, narahat olmaq və müalicəyə başlamaq üçün əsasınız var.

17. Xüsulə vacib fakt: bu yeni koronavirusun daşıyıcısı yoluxduğu ilk andan etibarən ətrafdakılar üçün təhlükəlidir - xəstəliyin ilk siptomları üzə çıxmazdan çox-çox əvvəl.

18. Yaxşı xəbər: virus nə qədər çox ölümcüldürsə, yayılma imkanı o qədər azdır. Öz sahibini öldürən virus başqalarını yoluxdura bilmir. Ona görə də virus nadir hallarda bu səviyyədə mutasiya edir - belə son onun maraqlarına uyğun gəlmir.

19. Pis xəbər: "SARS-CoV-2" məhz başqa kateqoriyaya aiddir. Bu virus yoluxduğu insanı daşıyıcı edir, gec üzə çıxır və ya heç çıxmır və ona görə də yoluxanların sayı artır.

20. Hər bir daşıyıcı orta hesabla 2-4 arası sağlam şəxsi yoluxdura bilir. Bu, mövsümi qripin göstəricisindən (1,3 nəfər) çox, qızılcanın göstəricisindən (12+ nəfər) azdır.

21. Hərçənd bütün başqa infeksiyalarda olduğu kimi, "SARS-CoV-2" virusunun da super daşıyıcıları var və onlar dəfələrlə çox insanı (yüzlərlə və bəlkə də minlərlə) yoluxdura bilirlər.

22. Cənubi Koreyada "Covid-19" diaqnozlu şəxslərin sayı 30-a çatmamış yoluxmaların qarşısını almaq mümkün olub. Ancaq "Pasinent 31" adı verilmiş qadın hökumətin təlimatlarını pozaraq 1200 nəfərə yaxın insanı yoluxdurub.

23. Məlum olub ki, çox dindar olan bu qadın öskürməsinə və qızdırlmalı olmasına baxmayaraq kilsəyə getməyə davam edib.

24. 10 gün ərzində yoluxanların sayı 30-dan 5000-ə yüksəlib.

25. "Covid-19" xəstəliyindən ölənlərin sayını dəqiq müəyyənləşdirmək mümkün deyil, ancaq araşdırmaların bir çoxunda itkilərin 1-3% arası olduğu göstərilir.

26. Bu, mövüsmi qripin nəticələrindən 20 dəfə çox, daha əvvəlki koronavirus yoluxmalarından - SARS (10%) və MERS (25%) epidemiyalarından müqayisəolunmaz dərəcədə azdır.

27. "Covid-19" xəstəliyinə görə ölüm halları ən çox səhiyyə sisteminin vəziyyətindən və müdaxilənin sürətindən asılıdır: Almaniyada bu göstərici cəmi 0,3%, İtaliyada isə 9%-ə yaxındır.

28. 70 yaşdan yuxarı əhali arasında ölüm halları 5% təşkil edir, yaşı 80-dən çox olanlarınsa hər 10 nəfərindən biri ölür.

29. Məhz buna görə bütün hökumətlərin qarşısında duran əsas vəzifə epidemiyanın vaxtını mümkün qədər uzatmaq və çox sayda insanın eyni vaxtda xəstələnməsinə imkan verməməkdir.

30. Pandemiyanın yayılma sürəti yüksəkdir: ilk diaqnozun qoyulduğu gündən 100 min nəfərin xəstələndiyi konstatasiya edilən tarixə qədər 67 gün keçib, ikinci 100 min 11 gün, 3-cüsü 4 gün ərzində yoluxub.

31. Virusa yoluxanların sayı hər gün 3 dəfə artır.

32. Artıq pandemiya dünyanın ən ucqar nöqtələrin qədər gedib çatıb. Martın 24-də məşhur Pasxa adasında ilk yoluxma faktı (42 yaşlı kişidə) qeydə alınıb.

33. Ekspertlər xəbərdarlıq edirlər: özünüzü psixoloji baxımdan bu fikrə alışdırmalısınız ki, on milyonlarla insan koronavirusa yoluxa, yüzminlərlə insan ölə bilər.

34. "SARS-CoV-2" virusunin mənşəyi tam olaraq məlum deyil, ancaq ona bənzər virusları yarasalar və panqolinlər yayır.

35. Böyük ehtimal, virus mutasiyaya uğrayaraq başqa bir heyvana ötürülüb və həmin heyvandan insanlara keçib.

36. Bu virus ilk şəxsə yoluxduğu andan təhlükəli olub, yoxsa insan orqanizminə keçəndən sonra mutasiya yoluyla bizim hüceyrələrimizə yol tapıb? Hələ ki, alimlər bu sualın cavabını bilmirlər.

37. Əgər virus insanla təmas anına qədər təhlükəli olubsa, demək ki, o hələ də təbiətdə mövcud ola və gec-tez insanlara təkrar yoluxa bilər.

38. Epidemiyanın əvvəlində Uhan bazarlarını məhz ov əti satıldığına görə bağlamışdılar.

Uhan bazarıFotonun müəllifi: GETTY IMAGES
Ov əti satılan Uhan bazarı epidemiyanın başlandığı yer hesab olunur

39. Bu, Çində tətbiq olunan standart tədbirlərdən biridir - orda yeni infeksiya şübhəsi doğuran yerləri bağlayır və karantin elan edirlər. Adətən, effektli olur, ancaq bu dəfə geciydi: əlamətləri görünməyən virus artıq "el içinə" çıxmışdı.

40. Buna inanlar çox olsa da, virus bioloji laboratoriyada hazırlanmayıb.

41. Koronavirusun mənşəyinin süni olması versiyası müxtəlif ölkələrdə fəaliyyət göstərən alim qrupları tərəfindən ciddi şəkildə yoxlanıb və doğru olmadığı qənaətinə gəlinərək rədd edilib.

42. "Bizim analizimiz aydın şəkildə göstərdi ki, "SARS-CoV-2" üzərində manipulyasiya etmək üçün laboratoriyada hazırlanmış virus deyil" - "Nature" jirnalında dərc olunmuş məqalədə belə yazılıb.

43. Miflərdən danışmışkən, daha birini yalanlayaq: tibbi maskalar koronavirusdan QORUMUR. Virusun hissəcikləri o qədər kiçikdir ki, məsamələrdən asanlıqla keçə bilir.

44. Virusun ölçüsünü təsəvvür edə bilməniz üçün: bir iynənin ucunda 100 milyonu yerləşə bilir.

45. Yoluxmuş şəxslərin öskürəyindən ətrafa çox kiçik tüpürcək damcıları sıçrayır və bu damcıların hər birində milyardlarla(!) virus hissəciyi ola bilər.

46. Maskanı yoluxmuş şəxslərin taxması səmərə verir - 100%-lik qoruma təmin olunmasa da, ətrafdıkalır üçün riski bir qədər azaldır.

koronavirusFotonun müəllifi: EPA
Epidemiya yayılmağa başlayandan sonra tibbi maskalara tələbat kəskin artıb

47. Koronavirusun insanlara həm də ev heyvanları vasitəsilə keçməsi geniş yayılmış fikirdir, ancaq həqiqətə uyğun deyil. İtdən və ya pişikdən yoluxmayla bağlı hələ heç bir fakt qeydə alınmayıb.

48. Amma az əvvəl xəstə birinin tərk etdiyi boş otaqda virusa yoluxmaq mümkündür.

49. Havada koronavirus 3 saat boyu sağ qalır (yəni sağlam adamlarıı yoluxdura bilir).

50. Dəmir və plastik səthlərdə "SARS-CoV-2" 3 gün, kağız və kartonda 1 sutkaya qədər, misdə 4 saata qədər sağ qalır.

51. Məhz buna görə profilaktikanın ən əsas və etibarlı üsulu evinizdən kənardakı istənilən səthlə təmasdan sonra əllərinizi yaxşıca yumaqdır.

52. Əlləri düzgün yumaq qaydasını düşündüyümüz qədər sadə məsələ deyilmiş.

koronavirus

53. Yaxınlıqda əlüzyuyan yoxdursa, əl üçün antiseptik gellərdən istifadə etmək olar. Ancaq, təbii ki, ən yaxşısı əlləri yumaqdır.

54. Evinizdə araq və ya spirt varsa, antiseptikləri ev şəraitində də hazırlamaq olar.

55. Bundan başqa, dezinfeksiya üçün miramistin və xlorgeksin də işə yarayar - hər ikisi təkcə bakteriyaları yox, həm də virusları yox edir.

56. Antibiotiklər virusa qarşı gücsüzdür. Qrip, herpes və digər qriplərə qarşı olduğu kimi.

57. "Covid-19"-a qarşı peyvənd və ya müalicə üsulu tapılana qədər bütün dünya üzrə karantinlərin və digər məhdudlaşdırıcı tədbirlərin müddəti uzadıla bilər (kiçik fasilələrlə) .

58. Koronavirusa qarşı peyvənd 1-1,5 ildən tez (2021-ci ilin ortalarına və ya sonuna qədər) hazır olmayacaq. O vaxta kimi yoluxma riski olanların çoxu artıq yoluxub sağalmış olacaq.

59. Ola bilsin ki, peyvənd ümumimiyyətlə tapılmasın. Artıq 35 ildir ki, bütün dünya SPİD-ə qarşı peyvənd icad etməyə çalışsa da, ciddi nəticələr əldə etmək mükün olmayıb. Hələ ki, effektiv profilaktika üçün "SPİD-ə qarşı həb" hazırlanıb.

60. "SARS-CoV-2" xəstəliyinə qarşı spesifik terapiya mövcud deyil. Yoluxanları ancaq siptomlara uyğun müalicə edirlər, yəni infeksiyanın özüylə yox, əlamətləriylə mübarizə aparırlar.

61. "Covid-19" diaqnozu qoyulmuş 100 mindən çox pasient tam sağalıb.

62. Xəstələnənlərin çoxuna (80%) həkim köməyi ümumiyyətlə lazım gəlmir. Onlar evdə və adi qripə qarşı vasitələrin köməyilə müalicə olunurlar və adətən, bir həftə ərzində sağalırlar.

63. Yoluxanların hər 5-6-sından birini xəstəxanaya yerləşdirmək lazım gəlir - əsasən yaşlıları və xroniki xəstəlikləri olanları.

64. Ağır hallarda (təxminən 4%) pasientləri süni tənəffüs aparatına (STA) qoşmaq vacibdir. Xəstələrin sayı çox olsa, bu cihazlarla bağlı qıtlıq problemi yarana bilər. Bəzi avtomobil şirkətləri STA istehsalına başlamaq üçün hazırlıq işləri görürlər.

65. İtaliyada ölüm hallarının çox olmasının əsas səbəblərindən biri məhz budur - cihazların az olması. Və təbii ki, yaşlı pasientlərin çox olması, xəstəxanaların həddindən artıq yüklənməsi, tibbi personalın yorulması da.

66. "Covid-19" xəstəliyindən müalicə olunmuş hər 10300 italiyalıya 8000-dən çox ölüm faktı düşür. 62 min insan hələ də xəstədir (martın 27-nə olan məlumat).

67. Paralel olaraq virusa qarşı dərman axtarışları davam edir. Yenilərini hazırlamağa vaxt yoxdur, ona görə də tibb işçiləri artıq mövcud olan antivirus preparatlarının "SARS-CoV-2"-yə qarşı nə qədər effektli ola biləcklərini yoxlayırlar.

68. Fevral ayında Çin həkimləri müşahidə ediblər ki, xloroxin - malyariyanın müalicəsi və profilaktikası üçün hazırlanmış dərman koronavirusa qarşı da effektlidir. Sonrakı günlərdə bu, digər araşdırmalarda da təsdiq olunub.

69. Digər iki dərman SPİD-in müalicəsində istifadə olunan lopinavir və "Ebola" qızdırmasıyla "Marburqa" virusu üçün hazırlanmış remdesivir ola bilər.

70. Sonuncu ümidverici xəbər Yaponiyadan gəlib - qripin müalicəsi üçün yaponlar arasında çox populyar olan aviqanın (favipiravir) da işə yaraya biləcəyi deyilir. Bu dərman məhz RNT-viruslarla mübarizə üçün hazırlanıb.

71. Uhandakı eksperiment zamanı aviqanın tətbiqi kornavirusa yoluxmuş şəxslərin orta hesabla 4 günə sağalmasıyla nəticələnib.

72. Çində, demək olar ki, bütün pasientlərə həm də Ənənəvi Çin Təbabətinə (ƏÇT) aid preparatlar təyin olunub.

73. ƏÇT üzrə müalicə formulu Quançjoudakı Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb, Quandun əyalətinin Elm və Texnika Nazirliyi tərəfindən tanınıb və regional hökumətlər tərəfindən rəsmən təsdiqlənib.

74. "Sinxua" agentliyinin məlumatına görə, əsas terapiyayla yanaşı, "Covid-19" diaqnozlu xəstələrə "Tsinfey paydu" (Qingfei Paidu) iksiri də müsbət təsir edir.

75. Bu ənənəvi preparat dərman otlarından, Çin iynəyarpağı və biyan kökü kimi digər bitkilərdən hazırlanır. Preparatın tərkibiylə bağlı ölkədə onlarla və bəlkə də yüzlərlə resept var.

76. Bəzi hallarda ağır xəstələri artıq sağalmış şəxslərə aid qanın zülalını onlara köçürməklə xilas etməyə çalışırlar. ÜST tərəfindən rəsmi şəkildə tövsiyə olunan bu praktikadan SARS, MERS və "Ebola" epidemiyaları zamanı istifadə olunub.

77. Asqırmaq "Covid-19" əlaməti DEYİL. Koronavirusa yoluxma simptomu öskürəkdir.

78. "SARS-CoV-2" mutasiya etməyə davam edir. Dekabr-mart aylarında bu virusun bəzi variantları 14 dəfə genom dəyişiblər.

79. Ümumən virusun bir-birindən çox az fərqlənən genetik modifikasiyalarının sayı artıq 1200-dən çoxdur.

80. Sankt-Peterburq Qrip İnstitutunun alimləri virusun "Rusiya variantını" araşdırıblar. Məlum olub ki, bu variant genetik olaraq daha çox Avropa növlərinə yaxındır. Nəticələr infeksiyanın Rusiyaya birbaşa Çindən yox, Avropadan gəlməsi versiyasını təsdiqləyir.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam