Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sentyabrdan un bahalaşacaqmı?-ARAŞDIRMA

Açiq mənbələrdən foto.

                  Sentyabr ayından unun bahalaşacağı deyilir.

Yenixeber.org: Ekspertlər hesab edirlər ki, bahalaşma Azərbaycanın unu və buğdanı tədarük etdiyi Ukrayna və Rusiya arasında müharibənin davam etməsi, buğda tədarükünün azalması ilə bağlı baş verə bilər.

Rayonlarda da artıq unun bahalaşacağı ilə bağlı deyilir.

Hətta bir çox yerdə un satılmadığı bildirilir.

Mingəçevir şəhərində yaşayan Əliyev Sənan (adı şərtidir) AzadlıqRadiosuna bildirib ki, artıq 8 gündür maqazinlərdə un satışı dayandırılıb. «İri dükanlarda un yoxdu. Hamı yaxın günlərdə unun bahalaşacağını deyir. Bu gün kolxoz bazarında 50 kiloqramlıq un kisəsi 42 manatdan satılırdı».

Un satış məntəqələrdən birində isə bizə unun qiymətində heç bir dəyişikliyin olmadığını dedilər.

Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbatın 40 faizi idxal hesabına ödənilir. 2021-ci ildə Azərbaycanın özündə isə 595 min hektar ərazidə buğda əkilib. İllik buğda istehsalı isə 1,9 milyon tondur.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Rusiya, Qazaxıstan, Ukraynadan idxal olunan buğdanın qiyməti ölkəyə 550-600 manata başa gəlir. «Bu qiymətlər son dönəmlərdə dəyişməyib».

Qurumdan qeyd olunub ki, ölkədə un dəyirmanlarının yaratdıqları tələbatdan iki dəfə çox buğda rezervləri var.

Nazirlikdən vurğulanıb ki, Azərbaycanda taxılçılığın inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. «Subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu sahədə risklərin qarşısının alınması üçün cənab Prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq Fərman imzalanıb. Sənədə əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur».

Vurğulanıb ki, fermerlər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. «Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Digər tərəfdən, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunub».

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də bildirib ki, hazırda unun qiymətində artım hiss olunmur. «Əvvəllər Rusiya-Ukrayna müharibəsi başlanması dövründə un məhsulların qiymətində müəyyən artım oldu. Ancaq son dövrdə artıq bu yoxdur».

Deputat qeyd edib ki, dünya bazarlarında taxılın, un məmulatlarının qiyməti artırsa, Azərbaycana da bu, istər-istəməz öz təsirini göstərməlidir. «Ancaq proqnozlar göstərir ki, bu artım yaxın vaxtlarda mümkün olmayacaq. Çünki ölkə rəhbəri də son çıxışlarında bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi hansı yollarla olur olsun, təmin olunmalıdır».

Komitə sədri bildirib ki, Azərbaycan Rusiya və Ukraynadan buğda, un idxal edir. «Son vaxtlar bu iki ölkə arasında buğda məsələsində danışıqların gedir, limanlarda taxıl məhsulunun müqavilələr əsasında ölkələrə ixrac olunması prosesi gündən-günə sürətlənir. Hesab edirəm ki, öz taxıllarımızı gətirə biləcəyik. Alternativ yollar da axtarılır, Qazaxıstanla müəyyən müqavilələr imzalanıb və çətinlik olarsa digər ölkələrlə də müqavilələr imzalana bilər. Belə olan halda, problem gözlənilmir».

İqtisadçı, iş adamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda yanvarda un istehsalçılarına maksimum qiymət müəyyən etməklə bağlı tapşırıq olmuşdu. «Əslində un, çörək məmulatların qiymətlərin təyin etmək istiqamətində on illər ərzində yanlış olaraq güya istehlakçıları qorumaq məqsədilə təpki göstərilirdi, bahalaşmasına maneçilik törədilirdi və inzibati yolla tənzimlənməyə çalışırdılar. İllər boyu Azərbaycanda monopoliya ona gətirib çıxartdı ki, biz Rusiyadan asılı vəziyyətə düşdük».

Ekspertin sözlərinə görə, Azərbaycanda qiymətlərin bahalaşmaması üçün dövlətin əlində kifayət qədər resurs var. «Bunun üçün rüsumların və vergilərin tənzimlənməsi həyata keçirilməlidir. Amma biz bunu heç vaxt görməmişik».

O, qeyd edib ki, hazırda satış məntəqələrində un olsa da, onu satmırlar. «Görünür gözləntilər odur ki, un daha da bahalaşacaq. Çünki bölgədəki problemlər həll olunmayıb, Rusiyanın Ukraynaya qarşı işğal təcavüzü aradan qalxmayıb, eyni zamanda yerlibazlıq və qohumbazlıqla yaran dövlətin aidiyyatlı qurumlar idarəetmənin xərclərini artıraraq süni qiymət artımını yaradırlar».

N.Bəydəmirlinin sözlərinə görə, əsas problem monopoliyadır. «Ölkədə un istehsalı bir neçə şirkətə məxsusudur. Bölgələrdə un istehsalı üçün infrastruktur, kiçik dəyirmanlar yoxdur. Məsələn Gədəbəy fermerləri taxılı Gəncəyə satmalıdır, dəyirman olmadığına görə özləri un istehsal edə bilmir».

İqtisadçı qeyd edib ki, un istehsal edən qonşu ölkələrdə sentyabr-dekabr aylarında adətən buğdanın qiyməti sabitləşir və enməyə meyli olur. «Ancaq Rusiyanın Mərkəzi Bankı kağız üzərində dollar kursunu müəyyən edir və bu kurs həqiqətə uyğun deyil. Bu səbəbdən Azərbaycan sahibkarlarının və şirkətlərin Rusiya tərəfdaşları ilə müqavilələrin rus rublla olduğuna görə qiymətlər dollar nisbətində bahalaşır».(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam