Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hidrogen “bomba”sı -neft istehsal edən ölkələr üçün yeni imkanlar, yoxsa təhlükə?

Hidrogen “bomba”sı - neft istehsal edən ölkələr üçün yeni imkanlar, yoxsa təhlükə?

Bir neçə ildir böyük iqtisadiyyata malik ölkələr əsas rollardan birinin hidrogen yanacağına həvalə olunduğu “yaşıl enerji”yə keçid ideyasını güclü şəkildə təbliğ edirlər. Planetimizdəki mövcud şəraitdə hidrogen son dərəcə birmənalı olmayan enerji daşıyıcısıdır. Neft, kömür və ya odundan fərqli olaraq, Yer üzündə təmiz hidrogen yataqları yoxdur. Onun hasilatı kifayət qədər bahalı və resurstutumlu “zövq”dür. Ancaq bu elementin yanacaq kimi istifadəsini genişləndirməyi dəstəkləyənlər infrastruktura investisiyanın və nəqliyyat, qaz şəbəkələri və sənayedə tələbatın artması ilə xərclərin aşağı düşəcəyini söyləyirlər.

Yenixeber.org: İstənilən halda proses artıq başlayıb və bir çox ölkə bu istiqamətdə gələcək böyük investisiyalardan kənar qalmamaq üçün ən qısa müddətdə ona qoşulmağa çalışır.

 

Avropa liderdir

Hidrogen enerjisi bərpa olunan enerji mənbələri (BOEM) anlayışı ilə birlikdə artıq iqlim bitərəfliyi uğrunda mübarizədə dərman kimi qəbul olunub. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, 2040-cı ilədək dünyada istehsal olunan elektrik enerjisinin 20-35%-i günəş və külək elektrik stansiyalarının payına düşəcək. Bu cür inkişaf şəraitində enerjinin saxlanması və sürətli kompensasiyası texnologiyalarına tələbat da artacaq.

Hidrogen enerjisi uzunmüddətli enerji saxlanması üçün imkanlar yaratdan effektiv vasitədir. Eyni zamanda, günəş və külək elektrik stansiyalarının yaratdığı izafi enerjidən sudan hidrogen alınmasında istifadə etmək olar.

Məlumdur ki, bu gün dünyanın 50-dən çox korporasiyası və 20-dən çox ölkəsi müxtəlif güzəştlərdən istifadə edilməklə sürətlə həyata keçirilən hidrogen texnologiyalarının inkişafı üzrə uzunmüddətli strategiyalarını qəbul ediblər.

Məsələn, Yaponiya “hidrogenə əsaslanan cəmiyyət” qurmağı əsas məqsəd kimi qarşıya qoyur. ABŞ-da hidrogen proqramı müxtəlif adlar altında 1970-ci ildən bəri həyata keçirilir. 21-ci əsrdə o, intibah dövrünü yaşayır – “US DOE Hydrogen və Fuel Cells Program” proqramına hər il 120 milyon dollar ayrılır.

Amma dünyada planlaşdırılan hidrogen layihələrinin əksəriyyəti və müvafiq investisiyaların ən böyük hissəsi bu onillikdə Avropada həyata keçiriləcək. Avropa İttifaqında 2017-ci ildən bu yana “The Fuel Cells and Hydrogen Joint Undertaking” (FCH JU) proqramı həyata keçirilir ki, buna əsasən, 2023-cü ilə qədər hidrogen texnologiyalarının inkişafına 1,8 milyard avro ayrılacaq.

Bundan əlavə, Aİ hidrogeni 2050-ci ilədək istixana qazı tullantılarının azaldılması məqsədinin əsas elementi halına gətirib və bu onillikdə ümumi gücü 40 GVt (hazırda bu göstərici 0,1 GVt təşkil edir) olan elektrolizatorlar buraxmağı planlaşdırır.

Dünyada elan edilən 228 hidrogen layihəsinin 55%-i Avropanın payına düşür, onların da çoxu 300 milyard ABŞ dollarından çox sərmayə cəlb olunmaqla bu onillikdə istifadəyə veriləcək. Əsrin ortalarına qədər hidrogen istehlakının ildə 500-800 milyon tona qədər artacağı (hazırda 115 milyon ton təşkil edir) proqnozlaşdırılır ki, bu da ümumi yekun enerji tələbinin 15-20%-i deməkdir.

Ümumiyyətlə, ekspert hesablamalarına görə, bunun üçün əsrin 30-cu illərinin sonlarında ildə təxminən 800 milyard ABŞ dolları səviyyəsinə çatmaqla pik nöqtəyə çıxacaq ümumi dəyəri 15 trilyon ABŞ dolları olacaq sərmayə tələb olunacaq. Bu vəsait təkcə hidrogen istehsalı üçün deyil, həm də elektrik enerjisi sistemi, hidrogen istifadəsində kütləvi artımı dəstəkləmək üçün istifadə olunacaq. Həmçinin hidrogen enerjisinin inkişafındakı əsas əngəllərdən biri hidrogenin saxlanması və nəqli texnologiyalarıdır, çünki onun spesifik fiziki-kimyəvi xüsusiyyətləri var və bu proseslər son dərəcə enerji tələb edir. Bütün bu məsələlər “yaşıl” hidrogenin (bərpa olunan enerji mənbələrindən istifadə edərək suyun elektrolizi ilə istehsal olunur) maya dəyərini “mavi” hidrogen (karbon tutma və saxlama texnologiyasından istifadə edərək metanın buxarda konversiyası ilə istehsal olunan hidrogen) səviyyəsinə endirmək üçün göstərilən müddətdə həll edilməlidir. Tədqiqatçılar Avropada buna yalnız 2040-cı illərin əvvəllərində nail olunacağını qeyd edirlər.

 

Azərbaycan yeni trendlərə hazırdır

Eyni zamanda, Aİ-nin iqlimə və ekologiyaya mənfi təsirləri səbəbindən karbohidrogen enerjisindən imtina etməsinin Avropa bazarının enerji təchizatçıları üçün ciddi təhlükə olduğu aydın məsələdir. Bu, ilk növbədə “köhnə dünya”nın ən böyük enerji tərəfdaşı olan Rusiyaya aiddir. Amma onlar da asanlıqla təslim olmayacaq kimi görünürlər və artıq müasir trendləri nəzərə alaraq özünün hidrogen enerjisinin inkişafı üzrə genişmiqyaslı proqramını başladıblar - “Gazprom” və “Rosatom” ilk hidrogen istehsalçıları olaraq təyin olunublar. Şirkətlər 2024-cü ildə atom elektrik stansiyalarında, qaz istehsalı obyektlərində və xammal emalı müəssisələrində pilot hidrogen stansiyalarını işə salacaqlar.

Hazırda Hidrogen Enerjisinin İnkişafı Konsepsiyasının layihəsi hazırlanır və buna əsasən, əsas istiqamətlərdən biri də əsasında hidrogen enerjisi üçün yerli texnologiyaların hazırlanması, eləcə də hidrogenin istehsalı, nəqli və istifadəsi texnologiyaları təşkil olunacaq elmi-texnoloji infrastrukturun yaradılmasıdır.

Avropa bazarına neft və qaz tədarük edən Azərbaycana gəlincə, prinsipcə, ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafını iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri elan edib. Digər tərəfdən, Cənub Qaz Dəhlizi ilə Aİ-yə planlaşdırılan ixrac həcmləri - ildə 10 milyard kubmetr - əlbəttə ki, Avropanın “mavi yanacaq”dan imtina etməsindən öncə tam həcmdə həyata keçiriləcək. Üstəlik, Azərbaycandan qaz ixrac marşrutu Avropa üçün prioritet hesab olunur.

Ancaq Azərbaycan daha müdrikcəsinə davranıb infrastrukturunu gələcəkdə hidrogen tranzitinə istiqamətləndirmək üçün hazırlamağı planlaşdırır. Uzunmüddətli perspektivə hesablanmış planlar da hazırlanır – Cənub Qaz Dəhlizinin “Hidrogen strategiyası”nın həyata keçirilməsi üzrə planlara daxil olması nəzərə alınmaqla ondan hidrogen qarışığının Avropaya çatdırılmasında istifadəsi nəzərdən keçirilir.

“Neft-qaz şirkətlərinin dəyişən enerji mühitinə uyğunlaşmaları lazımdır. Bərpa oluna bilən mənbələrdən, nüvə və digər mənbələrdən istehsal edilə bilən hidrogeni təbii qaz kimi boru kəmərləri ilə nəql etmək olar. Artıq çox sürətli düşünməliyik. Hidrogen texnologiyalarını BP ilə, eləcə də Almaniya və Yaponiya şirkətləri ilə müzakirə edirik”, - daha əvvəl SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.

Onun sözlərinə görə, artıq aparılan araşdırmalara əsasən, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) güclərinin 20%-dən əlavə sərmayə qoyulmadan bu marşrut boyunca hidrogenin Avropaya nəqli üçün istifadə etmək olar.

Hər bir halda Azərbaycanın Avropanın hidrogen enerjisinə genişmiqyaslı keçidinə hazırlaşmaq üçün kifayət qədər vaxtı var və düşünürəm ki, ölkə yanacaq bazarındakı yeni trendləri layiqincə qarşılamağa hazır olacaq.

Qulu Nuriyev - ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam