Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Son bir ildə -Azərbaycan banklarının maliyyə göstəriciləri necə dəyişib?

Son bir ildə Azərbaycan banklarının maliyyə göstəriciləri necə dəyişib?

Ötən ilin ilk rübünün sonlarından Azərbaycanda pandemiyanın yayılmağa başlaması və hələ də davam etməsi Azərbaycanın bank sektoruna əhəmiyyətli təsirləri ilə yadda qalacaq. Geridə qoyduğumuz bir ildən artıq müddət ərzində əhalinin maddi rifahında yaranan geriləmə bankların maliyyə göstəricilərində də dalğalı dəyişikliklərə səbəb olub.

Yenixeber.org: Bu ilin birinci rübündə bankların aktivlərinin, kredit və depozit portfellərinin, əməliyyat mənfəəti/zərərinin göstəricilərinə görə renkinqində hansı bankların ilk beşlikdə qərarlaşdığını və həmin bankların qeyd olunan göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə nə kimi dəyişikliklərin baş verdiyini araşdırıb.

26 bank arasında apardığımız araşdırmaya əsasən tərtib etdiyimiz siyahıda, 1 aprel 2021-ci il tarixinə aktivlərinin məbləğinə görə ardıcıl olaraq “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank” və “Bank Respublika” ilk beşlikdə qərarlaşıb. Qeyd edək ki, ötən ilin 1 aprel tarixinə olan aktivlərin məbləğinə görə bankların renkinqində də ilk beşlikdəki sıralama bu ilki sıralama ilə eyni olub.

Bu ilin birinci rübünün yekununda ötən ilineyni dövrü ilə müqayisədə “Azərbaycan Beynəlxalq Bankı”nın aktivləri 3,09 % artaraq 9 milyard 155 milyon 625 min manat, “PAŞA Bank”ın aktivləri 19,1 % artaraq 5 milyard 669 milyon 83 min manat, “Kapital Bank”ın aktivləri 26,6 % artaraq 5 milyard 587 milyon 991 min manat, “Xalq Bank”ın aktivləri 6,7 % azalaraq 2 milyard 130 milyon 424 min manat, “Bank Respublika”nın aktivləri isə 17,3 % azalaraq 1 milyard 111 milyon 926 min manat təşkil edib.

Bu ilin aprelin 1-i tarixinə kredit portfelinin həcminə görə bankların renkinqində ilk beşlikdə ardıcıl olaraq “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank” və “Unibank” yer tutub. Ötən ilin müvafiq tarixində bu siyahının ilk dördlüyü bu il olduğu kimi olub. “Unibank” isə ötən il səkkizinci sırada qərarlaşıb. Ötən il bu siyahının beçinci pilləsində “Premium Bank” olub.

Bu ilin birinci rübünün yekununda ötən ilin eyni dövrü ilə müqayisədə kredit portfelinin həcmi “Azərbaycan Beynəlxalq Bankı”nda 9,5 % artmaqla 2 milyard 405 milyon 885 min manat, “PAŞA Bank”da 20,2 % artmaqla 2 milyard 156 milyon 596 min manat, “Kapital Bank”da 10,8 % artmaqla 1 milyard 923 milyon 352 min manat, “Xalq Bank”da 14,8 % azalmaqla 1 milyard 390 milyon 848 min manat, “Unibank”da isə 25,5 % artmaqla 523 milyon 268 min manat olub.

Depozit portfelinin həcminə gəlincə, bu ilin ilk rübünün sonuna olan göstəricilərə əsasən ilk beş yeri “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank”, “Kapital Bank”, “Xalq Bank” və “Bank Respublika” tutub. Bu siyahının da ilk beş sırası ötən ilin müvafiq tarixinə olan sıralama ilə eynidir.

Bu ilin aprelin 1-nə “Azərbaycan Beynəlxalq Bankı”da depozit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 %, “PAŞA Bank”da 22 %, “Kapital Bank”da 22,9 % artaraq müvafiq olaraq 5 milyard 703 milyon 151 min manat4 milyard 206 milyon 8 min manat və 4 milyard 65 milyon 753 min manat təşkil edib. “Xalq Bank” və “Bank Respublika”da isə bu göstərici müvafiq olaraq 12% və 22,7% azalmaqla 1 milyard 364 milyon 424 min manat və 778 milyon 836 min manat olub.

Bu ilin birinci rübündə bankların xalis mənfəətinin/zərərinin məbləğinə görə renkinqdə isə ilk beşlikdə ardıcıllıqla “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “PAŞA Bank”, “Yelo Bank” və “Premium Bank” yer alıb. İlk iki bank ötən ilin müvafiq dövrünün renkinqində də eyni mövqedə qərarlaşıb. Bu ilki siyahıda üçüncü olan “PAŞA Bank” ötən il yeddinci, dördüncü olan “Yelo Bank” ötən il iyirmi səkkizinci olub. “Premium Bank” ötən ilin müvafiq dövründə də bankların xalis mənfəətinin/zərərinin renkinqinə görə beşinci yeri tutub. Ötən il bu siyahının üçüncü və dördüncü sırasında müvafiq olaraq “Xalq Bank” və “Unibank” qərarlaşmışdı.

Bu ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətin məbləği “Kapital Bank”da 25,8% azalaraq 55 milyon 535 min manat, “Azərbaycan Beynəlxalq Bankı”nda 36,5% azalaraq 32 milyon 395 min manat, “PAŞA Bank”da 5,4 dəfə artaraq 18 milyon 786 min manat təşkil edib. Ötən ilin birinci rübünü 6 milyon 254 min manat zərərlə başa vuran “Yelo Bank” isə bu ilin birinci rübünü 5 milyon 670 min manat mənfəətlə tamamlayıb. “Premium Bank”ın isə (xalis) mənfəəti 80,6 % artaraq 5 milyon 345 min manat təşkil edib.

Sözügedən göstəricilər üzrə ilk beşliyə düşən bankların renkinqini təqdim edirik:

Bankın adı

1 aprel 2020-ci il tarixinə bankın aktivləri
(milyon manatla)

1 aprel 2021-ci il tarixinə bankın aktivləri
(milyon manatla)

Fərq (%)

1

Azərbaycan Beynəlxalq Bankı

8 880,952

9 155,625

3,09%

2

PAŞA Bank

4 759,677

5 669,083

19,1%

3

Kapital Bank

4 412,658

5 587,991

26,6%

4

Xalq Bank

2 282,872

2 130,424

- 6,7%

5

Bank Respublika

1 344 750

1 111,926

- 17,3%

Bankın adı

1 aprel 2020-ci il tarixinə bankın kredit portfeli
(milyon manatla)

1 aprel 2021-ci il tarixinə bankın kredit portfeli

(milyon manatla)

Fərq (%)

1

Azərbaycan Beynəlxalq Bankı

2 197,869

2 405,885

9,5%

2

PAŞA Bank

1 793,643

2 156,596

20,2%

3

Kapital Bank

1 735,370

1 923,352

10,8%

4

Xalq Bank

1 632,647

1 390,848

- 14,8%

5

Unibank

417,046

523,268

25,5%

Bankın adı

1 aprel 2020-ci il tarixinə bankın depozit portfeli
(milyon manatla)

1 aprel 2021-ci il tarixinə bankın depozit portfeli
(milyon manatla)

Fərq (%)

1

Azərbaycan Beynəlxalq Bankı

5 348,093

5 703,151

6,6%

2

PAŞA Bank

3 446,953

4 206,008

22%

3

Kapital Bank

3 308,278

4 065,753

22,9%

4

Xalq Bank

1 550,187

1 364,424

- 12%

5

Bank Respublika

1 007 923

778,836

- 22,7%

Bankın adı

2020-ci il yanvar-martda bankın (xalis) mənfəəti/zərəri (milyon manatla)

2021-ci il yanvar-martda bankın (xalis) mənfəəti/zərəri
(milyon manatla)

Fərq (%)

1

Kapital Bank

74,893

55,535

- 25,8%

2

Azərbaycan Beynəlxalq Bankı

51,149

32,395

- 36,5%

3

PAŞA Bank

3,480

18,786

5,4 dəfə

4

Yelo Bank

- 6,254

5,670

 

5

Premium Bank

2,959

5,345

80,6%

Qeyd edək ki, bu il 1 aprel tarixinə aktivlərin dinamikasına görə "Ziraat Bank" (31,7 %), "Kapital Bank" (26,6 %), "PAŞA Bank" (19,1 %), "Naxçıvan Bank" (17,7 %), "Turan Bank" (16,3 %), kredit portfelinin dinamikasına görə "Bank VTB Azərbaycan" (83,1 %), "İran Milli Bankı - Bakı" (32,1 %), "Unibank" (25,5 %), "PAŞA Bank" (20,2 %), "Naxçıvan Bank" (16,4 %), depozit portfelinin dinamikasına görə "Ziraat Bank" (2,1 dəfə), "İran Milli Bankı - Bakı" (44,9 %), "Naxçıvan Bank" (28,6 %), "Kapital Bank" (22,9 %), "PAŞA Bank" (22 %) ardıcıl olaraq ilk beşlikdə qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam