Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistanda məğlub hərbçilərlə qurulan rejim -dəyişən rollar

Ermənistanda məğlub hərbçilərlə qurulan rejim - dəyişən rollar

Ermənistanda 2 il 7 aydan sonra rollar dəyişə bilər. 2018-ci il aprel dəyişikliklərindən əvvəl indiki hökumət başçısı Nikol Paşinyan qərbyönцьlü fəaliyнət göstərir, Rusiyanın lider olduğu qurumlara, o cümlədən Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edirdi. Onu ölkədəki başqa antirusiya meyilli qüvvələr və keçmiş prezident Levon Ter-Petrosyan da dəstəkləyirdi.

Yenixeber.org: Əslində, 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyini qərb “Ermənistanda demokratik inqilab” kimi qiymətləndirsə də, sonrakı mərhələdə Nikolun fəaliyyəti onları da məyus etdi. Erməni lobbisinin, Kim Kardaşyanın səylərinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp onu qəbul etmədi. Ağ Ev bildirdi ki, Suriyada Rusiya ilə birlikdə fəaliyyət göstərmək Dəməşqdəki rejim başçısı, milyonlarla suriyalının qanına əli batan Bəşşar Əsədə yardım etməkdir. O, hakimiyyətə gəldikdən sonra qərblə Rusiya arasında seçim etməyə çalışdı. Ancaq buna nail ola bilmədi. Onun qarşısında iki yol var idi: qərblə bir yerdə olub Rusiyaya qarşı çıxmaq, bölgədə Kremlin maraqlarını müdafiə edib əks tərəfin əleyhinə fəaliyyət göstərmək. Bu seçimlər arasında davam gətirə bilməyən Nikol Paşinyan başını müharibəyə qatdı. Əslində, hökuməti gücləndirmədən müharibəyə başlamaq Paşinyanın ən böyük səhvi idi. Milli Təhlükəsizlik Xidməti direktorunun tez-tez dəyişdirilməsi sübut edir ki, Ermənistan hökumətində ciddi problemlər qalmaqdadır.

Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında Qarabağda atəşkəslə bağlı imzalanan bəyanatdan sonra Yerevanda vəziyyət gərginləşdi. Ermənistan ictimaiyyəti Paşinyanın bu sənədi imzalamasına qarşı etiraz aksiyası keçirməyə cəhd göstərdi. Polis aksiya iştirakçılarını dəyənəklə qarşıladı. Həmin tədbirin təşkilatçıları Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanesyan, onun partiyadaşı, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Voskonyan, Ermənistan parlamentindəki Sarukyan fraksiyasının və Çiçəklənən Ermənistan Partiyasının lideri, milyonçu Qaqik Sarukyan və başqaları bir neçə saat Milli Təhlükəsizlik Xidmətində saxlanıldıqdan sonra sərbəst buraxıldılar. Adı çəkilənlərin Rusiyayönlü olduğu sirr deyil. Bu baxımdan Ermənistanın siyasi səhnəsində formalaşmağa başlayan yeni siyasi qüvvənin Rusiyaya bağlı olacağı istisna edilmir. Həm də Paşinyanı gec-tez Kremlyönlü siyasi qüvvənin əvəzləyəcəyi ehtimalı var…

Deməli, 2 il 7 ay əvvəl hakimiyyətdə olan Rusiyanın adamı Serj Sarqsyana qarşı qərbin dəstəklədiyi Nikol Paşinyan mübarizə aparırdı. 44 günlük döyüşlərdə Ermənistan məğlub olduqdan sonra indi ölkədə rollar dəyişməyə başlayıb. Rusiyayönlü Artur Vanesyan, Qaqik Sarukyan və onların ətrafındakılar hakimiyyətə qarşı çıxış edir, onun istefasını istəyirlər. Burada ən maraqlı məqamlardan biri Levon Ter-Petrosyanın mövqeyidir. O, Nikol hökumətinin “boz kardinalı”, “baş məsləhətçisi” sayılırdı. Ancaq ötən gün Levon sədri olduğu Ermənistan Milli Konqres Partiyasındakı çıxışında bildirib ki, “Mənim addımım” hökuməti Qarabağı (separatçıları nəzərdə tutur - S.İ.) və Ermənistanı bəlaya düçar etdi. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər. Bu isə Nikolun tərəfdarlarını, dayaqlarını itirməsi deməkdir.

Yeri gəlmişkən, etiraz aksiyasının təşkilatçılarının təqib edilməsi və saxlanılması Ermənistanda demokratik dəyərlərin tapdanması və dəyənəklə qarşılanmasıdır. Ölkədə hərbi polis rejimi yaradılır. Nikol Paşinyan bəyanata imza atması səbəblərindən bəhs edərkən hərbçilərin adını xüsusi olaraq vurğulayıb. Bildirib ki, müharibəni dayandırmağı Ermənistan Baş Qərargahı ondan istəyib. Bununla da faktiki olaraq müdafiə olunmaq üçün özünə dayaq tapıb. Ehtimal etmək olar ki, generallar və zabitlər bundan sonrakı siyasi proseslərdə Nikolu müdafiə etməyə səy göstərəcək. Paşinyan müxalifəti şantaj da edib: “Qoy onlar bu məsələləri müdafiə etdiklərini bildirsinlər. Rusiyanın vasitəçiliyinə qarşı olduqlarını, təmas xəttinə rusiyalı sülhməramlıların yerləşdirilməsini istəmədiklərini və müharibənin davam etməsini istədiklərini”. Hərbçilərə və polisə arxalanan Nikol bununla müxalifətin Moskvaya yolunu bağlamağa cəhd göstərir. Paşinyan Ermənistan cəmiyyətinə bildirmək istəyir ki, məğlubiyyət müxalifəti narahat etmir və onların məqsədi onu devirməkdir.

Beləliklə, 2 il 7 ay əvvəl Ermənistanda “demokratik inqilabı” Fransa, Almaniya, Yunanıstan, yunan Kipri, Kanada və qərb blokuna daxil olan başqa ölkələr müdafiə etmişdi. Həmin qüvvələr də daxil olmaqla bir sıra dövlətlər işğalçını döyüşlər zamanı dəstəklədi. Müdafiə edilən, yardımlar alan, dəstəklənən Ermənstan hökuməti isə ordusu ilə birlikdə 44 günlük müharibədə məğlub oldu. Başqa sözlə, Ermənistan ordusu Azərbaycan əsgərinin qarşısında 44 gün tab gətirə bildi…

Qarabağa yerləşdirilən ermənilər gəldikləri kimi özlərinə məxsus olmayan yerlərdən çıxarılırlar. Bu müharibədə çoxlu sayda itki oldu. İllər uzunu erməniləri Azərbaycana və Türkiyəyə qarşı körükləyənlər, işğalçını cinayət əməllərinə görə tənbeh etməyib başını sığallayanlar Ermənistanın məğlubiyyəti ilə yanaşı, tökülən qanlara və başqa cinayətlərə şərikdir. Yerevanda isə siyasi gərginlik artır. Müxalifət mövcud vəziyyəti hakimiyyət dəyişikliyi ilə yekunlaşdırmaq istəyir… Döyüşdə təslim olan Nikolu və komandasını Ermənistanda rusiyayönlü müxalifətlə mübarizə gözləyir…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam