Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Döyüşlərdən sonrakı Ermənistan -siyasi təlatüm

Döyüşlərdən sonrakı Ermənistan - siyasi təlatüm

İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın ictimai, siyasi və iqtisadi vəziyyəti ağır idi. Bu baxımdan ölkənin vəziyyətini aşağıdakı mərhələlərə bölmək olar:

Yenixeber.org:  - Aprel dəyişikliklərindən pandemiyayadək olan dövr;

- Pandemiya dövrü;

- Sentyabrın 27-də başlayan 43 günlük döyüş dövrü;

- Razılaşmadan sonrakı dövr;

- Proqnoz.

Aprel dəyişikliklərindən sonra Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan və təmsil etdiyi siyasi qüvvə elə hesab edirdi ki, qərbmeyilli olduqları üçün ABŞ başda olmaqla Qərb bloku Ermənistana xarici sərmayələr axıdacaq. Nikol Paşinyan komandası və ABŞ-dakı erməni lobbisinin çoxsaylı cəhdlərinə baxmayaraq ABŞ prezidenti Donald Tramp onu qəbul etmədi. Bu da Ermənistan hökuməti ilə ABŞ arasında qurulacaq münasibətlərə bariz nümunə sayıla bilər. Sərmayə qoyuluşu olmadığından Ermənistan hakimiyyəti əlacsız qalıb ABŞ-dan ianə toplamaq kimi keçmiş fəaliyyətini davam etdirdi. Nəticədə ABŞ və Avropa İttifaqı Ermənistana müxtəlif layihələr üzrə maliyyə yardımı ayırdı.

Pandemiya başlayanda ölkənin iqtisadi, siyasi və sosial vəziyyəti ürəkaçan deyildi. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın timsalında Paşinyanın komandasının sabiq üzvləri “Vətən” yeni müxalifət partiyası formalaşdırdı. Yeni müxalifət Nikolun Ermənistanı uçuruma apardığını bildirdi, Paşinyanın istefası tələbini irəli sürdü. Bu dövrdə də pandemiyaya görə Ermənistana giriş-çıxış bağlandı. Bu kimi amillər ölkə iqtisadiyyatına sərmayə qoyuluşuna mane oldu. Odur ki, Ermənistan İkinci Qarabağ müharibəsi başlayanda əli boş və siyasi qalmaqallı idi. Müharibə zamanı Ermənistanın müxalifət liderlərindən olan Qaqik Sarukyanın həbsdən buraxılması erməni cəmiyyətində həmrəyliyə nail olmaq üçün səy sayılır. Belə bir vəziyyətdə döyüşmək doğrudan da Ermənistan dövlətini məhv etməyə bərabər sayılırdı. Ona görə də sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.

Qarabağdan çıxarılan Ermənistanda sosial və siyasi vəziyyət ağırlaşıb. Noyabrın 11-dən Yerevanda etiraz aksiyası başlayıb. Ermənistan müxalifəti bu gün 2020-ci il noyabrın 10-da Qarabağ üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli razılaşmaya etiraz aksiyası keçirir. Noyabrın 10-da isə etirazçılar parlamentin və hökumətin binasına soxularaq dağıdıcılıq ediblər. Nikol Paşinyanın kabinetini dağıdıblar. Bu baxımdan Ermənistanda hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Onun ABŞ-ın Yerevandakı səfirliyinin binasında gizləndiyi deyilir. Parlament sədri Ararat Mirzoyan isə noyabrın 10-da qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər edilib.

Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Belə çıxır ki, xaricə üz tutan ermənilərin sırasına artıq fəal şəkildə məmurlar da qoşulur. Başqa sözlə, imkanlı ermənilər artıq Ermənistanı tərk edərək yeni vətən axtarışına başlayıblar. Son ildə ölkəni 120 min erməni tərk edib. Bu köçün qarşıdan gələn illərdə artacağı istisna edilmir.

Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq. Yeri gəlmişkən, sovet hakimiyyətinin son illərində Ermənistan əhalisinin sayı güclə 3 milyon nəfərə çatmışdı. Demoqrafik vəziyyət uzun illərdir dəyişmir. Ermənistan əhalisinin sayı hazırda 3 milyona yaxındır. Bu isə ölkədə demoqrafik böhranın yaşanması deməkdir. Bütün bunların nəticəsində Ermənistan iqtisadiyyatı demək olar ki, tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Xaricdən erməni lobbisi tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur.

Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən Ermənistan ordusu tam darmadağın edilib. Bundan sonra ölkənin silahlı qüvvələrində canlı qüvvə qıtlığının yaşanacağı istisna edilimir. Ermənistan muzdlulardan ibarət ordu yaratmaq istəsə də, həmin hərbçilərə böyük məbləğdə aylıq maaş verməyə büdcədə maliyyə vəsaiti yoxdur. Odur ki, Paşinyan hakimiyyətdə qalsa, Ermənistan xaricdə yaşayan erməni iş adamlarından ianə toplayaraq iqtisadiyyat qurmağa çalışacaq. Əks təqdirdə o getsə, yeni qüvvəyə Kreml və Rusiyadakı imkanlı erməni iş adamları yardım edəcək. Ermənistanın hazırkı vəziyyəti çox acınacaqlıdır. Ordusu tarmar olan, vətəndaşları ölkədən qaçmağa çalışan, iqtisadiyyatı bərbad vəziyyətdə olan Ermənistanda yeni dövlət qurmaq zərurəti yaranıb. Bunun üçün Ermənistandakı indiki, yaxud hakimiyyətə gələcək yeni qüvvə yıxıldığı dövlətə doğru daha çox yıxılacaq.

(REPORT)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam