Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Almaniyada-COVID-19-a yoluxanların sayı 170 minə çatır

 

Almaniyada koronavirusа yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son bir gün ərzində 667 artıb, 26 nəfər ölüb.

Yenixeber.org: Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, epidemiyanın başlanğıcından ölkədə COVID-19-a 169 218 yoluxma halı aşkar edilib, 7 395 ölüm qeydə alınıb. 

Bununla yanaşı, koronavirusa yoluxmuş 144 mindən çox pasiyent sağalıb.

Yoluxma hallarının ən böyük miqdarı Bavariyada aşkarlanıb. Burada 44 265 COVID-19 xəstəsi var. Eyni zamanda Şimali Reyn-Vestfaliyada 34 964 nəfər virusa yoluxub. Pandemiyanın geniş yayıldığı ərazilər siyahısında Baden-Vürtemberqin (33 287 yoluxma) də adı var. Berlində 6 261 yoluxma qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam