Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu ərəb ölkəsində bir gündə koronavirusa rekord sayda yoluxma qeydə alındı

 

 Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi son bir gün ərzində ölkədə koronavirusa 429 nəfərin yoluxduğunu bildirib.

Yenixeber.org: Bu barədə RİA “Novosti” xəbər yayıb.

Qeyd edilir ki, bu, ölkədə rekord sayda artımdır. "429 yeni yoluxmanın qeydə alınmasından sonra koronavira yoluxanların sayı 4 462 nəfərə çatdı", - deyə Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Əbdül Əli keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, xəstəliyə yoluxmuş 761 nəfər sağalıb. Son bir gün ərzində yeddi pasiyent ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 59 nəfərə çatıb.

Virusa ən çox yeni yoluxma Ər-Riyadda təsdiqlənib. Bu şəhərdə 198 insanda COVID-19 infeksiyası aşkarlanıb. Siyahıda sonra 103 yoluxma ilə Məkkənin də adı var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam