Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Gürcüstan XİN başçısına -yubiley medalı təqdim olunub

Gürcüstanın xarici işlər naziri David Zalkalianiyə “Azərbaycanın diplomatik xidmət orqanları-100” yubiley medalı təqdim olunub.

Yenixeber.org:   Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN başçısına medalı Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdim edib.

D.Zalkaliani xüsusi mükafata Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.

Daha sonra tərəflər arasında görüş keçirilib. Görüşdə iki ölkə arasındakı aktual məsələlər müzakirə olunub.

D.Zalkaliani xüsusi medala layiq görüldüyünə görə Azərbaycana təşəkkür edib.

D.Həsənov bildirib ki, Gürcüstan və Azərbaycan arasında dostluq və strateji tərəfaşlıq münasibətləri illərdir mövcuddur və bundan sonra da davam etdiriləcək.

Səfir Giorgi Qaxarianın rəhbərliyi altında Gürcüstan hökumətinin fəaliyyətinə müvəffəqiyyətlər arzulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam