Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”- Nazir

Tərəflər həyata keçirilən birgə layihələrə xüsusi diqqət ayırıblar.

Yenixeber.org: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkənin Baş naziri Mamuka Baxtadze ilə Azərbaycan prezidenti İlham Əliyev arasında Davosda baş tutmuş görüşü şərh edərkən bildirib.

O deyib ki, Gürcüstan və Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək, problemli məsələlərə bağlı isə adekvat yanaşmalar mövcuddur: “Görüşdə iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq bir daha vurğulanıb. Tərəflər həyata keçirilən birgə layihələrə xüsusi diqqət ayırıblar. Mərkəzi Asiyadan yüklərin cəlb olunması baxımından Gürcüstan və Azərbaycanın nəqliyyat potensialı barədə də müzakirə aparılıb”.

XİN başçısının sözlərinə görə, görüşdə həmçinin TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə də toxunulub: “Dünyada böyük rəqabət var. Ona görə də Gürcüstan və Azərbaycan nəqliyyat magistrallarının rəqabətliliyinin saxlanılması üçün birgə çalışmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam