Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirildi

 

Bu gün bələdiyyə seçkilərində səsvermə 19-da başa çatıb. Seçkilər 118 seçki dairəsinin 5 min 15 seçki məntəqəsində 1607 bələdiyyə üzrə keçirilib.

"Xeberinfo.com": Səhər saat 8-də başlayan bələdiyyə seçkilərində 15 min 35 yerə 37 min 77 namizəd iddia edib.

Məntəqələr saat 19-da bağlanıb.

“Media forum” saytı bildirir ki, Seçki Məcəlləsinə görə, səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası çoxmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

Seçkilərdə iştirak edən və seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab edilirlər.

Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını yoxlayır və seçkilərin ümumi yekunları haqqında protokol tərtib edir.

Seçkilər günündən başlayaraq ən geci 25 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyə seçkilərinin yekunları elan olunmalıdır. Mərkəzi Seçki Komissiyasının bu qərarı qətidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam