Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK yekun nəticələri gələn ay açıqlayacaq

 

Bu gün seçki dairəsində bələdiyyələr üzrə səsvermənin nəticələrinin müəyyən edilməsi, məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında dairə seçki komissiyası protokolunun tərtib olunması və protokolun birinci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunması üçün ayrılmış müddət başa çatır

 

"Xeberinfo.com":  Seçki Məcəlləsinin 107.1-107.6, 238-ci maddələrinin tələbinə əsasən bu sənədlər səsvermə günündən ən geci 2 gün keçənədək MSK-ya təqdim olunmalıdır.
Bələdiyyə seçkiləri ilə əlaqədar bunun üçün dekabrın 26-dək vaxt ayrılıb. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının protokollarındakı məlumatların kütləvi informasiya vasitələrində rəsmi dərc edilməsi isə dekabrın 28-dən gec olmayaraq həyata keçirilməlidir.
MSK 2015-ci il yanvarın 12-dək seçkilərin yekununu yoxlamalı və təsdiq etməlidir. Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən bu proses səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində başa çatdırılmalıdır. MSK bələdiyyə seçkilərinin yekun rəsmi nəticələrini 2015-ci il yanvarın 17-dək elan edəcək. Seçki Məcəlləsinin 241-ci maddəsinin tələbinə əsasən bu proses seçkilər günündən başlayaraq ən geci yanvarın 17-dək başa çatdırılmalıdır. (apa)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam