Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Beynəlxalq Əmək Təşkilatının rəhbəri Azərbaycana səfərə gələcək

 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) Baş direktoru Qay Rayder cari ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır

Yenixeber.org:  Bu barədə Milli.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İdarə Heyətinin Cenevrə şəhərində (İsveçrə) keçirilən 332-ci iclasında iştirak edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir çərçivəsində BƏT-in Baş direktoru Qay Rayderlə görüşüb.

Q.Rayder BƏT-lə fəal əməkdaşlıq şəraitində Təşkilatın Konvensiyalarının, əmək və məşğulluq sahəsində mütərəqqi prinsiplərin icrası sahəsində Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.

O, ölkəmizdə əmək bazarının inkişafı yönündə aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təşkmilləşdirilməsi və s. sahələrdə görülən işlərin BƏT tərəfindən dəstəkləndiyini qeyd edib.

Görüşdə Azərbaycanda əmək bazarının tənzimlənməsi və əmək resurslarının məşğulluğunun təminatı, layiqli əmək konsepsiyasının icrası istiqamətində görülən işlərə, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə, BƏT-lə Azərbaycan arasında əməkdaşlığın gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam