Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Ölkəni bu vəziyyətə salanlar utanmalıdırlar"

cemilhesenliOrta aylıq əmək haqqına görə ölkəmiz Gürcüstan və Ermənistandan da geri qalır

Xeberinfo.com:   Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində Beynəlxalq Əmək Təşkilatının sonuncu hesabatı barədə yazıb. Hesabat orta aylıq əmək haqqı üzrlə ölkələrin reytinqini əks etdirir. C.Həsənli diqqəti Azərbaycanın bu reytinq cədvəlində sonuncu yerlərdən birini tutmasına yönəldib:

“Bu günlərdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) 71 ölkədə orta aylıq əmək haqqı haqqında məlumat elan edib. Azərbaycan bu 71 ölkə arasında ən aşağı əmək haqqı olan ölkə kimi qiymətləndirilib. Təşkilatın məlumatına görə, ən yüksək orta aylıq əmək haqqı Lüksemburqdadır. Orada bu göstərici 3722 dollara bərabərdir. BƏT-in məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı 303 dollara bərabər olmaqla ölkəmiz 71 ölkə arasında ən son yerlərdən birini tutur.

Əlbəttə, BƏT-in bu məlumatı artıq köhnəlib. 2016-cı ilin məlumatına görə Azərbaycanda orta aylıq əmək haqqı 487 manat ətrafındadır və bu da hazırda 303 dollara deyil, 270 dollara bərabərdir. Yəni, sadəcə olaraq sonuncudan aşağı yer olmadığı üçün biz sonuncular sırasında qərar tutmuşuq. Ən maraqlısı odur ki, Gürcüstanda orta aylıq əmək haqqı 430 dollar olmaqla bu qonşumuz 71 ölkə arasında 55-ci yeri tutur. Sən demə biz bu göstəriciyə görə yalnız Gürcüstandan deyil, heç bir təbii ehtiyatları olmayan Ermənistandan da çox geri qalmışıq. Hətta, BƏT-in bir qədər köhnəlmiş məlumatına görə, Azərbaycanda orta aylıq əmək haqqı Ermənstandan nə az, nə çox 101 dollar aşağı düşüb. Belə ki, Ermənistan orta aylıq əmək haqqı 404 dollar olmaqla 71 ölkə arasında 57-ci yerdə qərar tutmuşdur. Bu acınacaqlı mənzərəyə görə ölkəni bu vəziyyətə salanlar sadəcə olaraq utanmalıdırlar.

Ölkənin sərvətlərini görməmiş kimi talan edəndə, korrupsiyaya geniş meydan açanda, büdcə soyğunçuluğun dövlət idarəçiliyi hesab edəndə, 150 milyard dollardan artıq neft pulların müxtəlif natəmiz yollarla mənimsəyəndə, 48 milyard pulu bu millətin boğazından kəsib ofşor hesablara daşıyanda bilmirlərdilər ki, ölkə belə rüsvayçı duruma düşəcək?”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam