Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Səlim Müslümovdan yeni təyinat

 

      Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə müvafiq əmrə əsasən, nazirliyin Aparatının Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru təyin edilib.

    "Xeberinfo.com": Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən əldə etdiyimiz məlumata görə, yeni direktora Mərkəzin fəaliyyət istiqamətləri üzrə məqsədyönlü işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. ƏƏSMN-in Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44) fəaliyyətinin yenidən qurulması üçün islahat tədbirlərinə başlanıb. Belə ki, Mərkəzdə müvafiq struktur dəyişiklikləri aparılmaqla, onun ölkədə əmək bazarı və əmək münasibətləri, sosial müdafiə, məşğulluq, əhali sakinliyi, proqnozlaşdırma məsələləri üzrə elmi tədqiqat yönümlü fəaliyyəti gücləndiriləcək. Habelə müəssisə əhalinin həyat səviyyəsini əks etdirən meyillərin tədqiqi, bazar iqtisadiyyatı şəraitində əməyin ödənilməsinin elmi-nəzəri əsaslarının işlənib hazırlanması, əməyin nəticələri ilə əməkhaqqının əlaqələndirilməsi sisteminin təkmilləşdirilməsi sahələrində konkret işləri yerinə yetirəcək.

Bununla yanaşı, nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması, mütəxəssis heyətinin ixtisasının artırılması və peşəkarlıq səviyyələrinin yüksəldilməsində Mərkəzin aktiv iştirakı təmin olunacaq.

Mərkəzin elmi təşkilatlar, müxtəlif ölkələrin müvafiq elmi qurumları və mötəbər beynəlxalq təşkilatlarla (BMT Əhali Fondu, Avropa Təhsil Fondu, Dünya Bankı, BƏT və s.) əməkdaşlıq əlaqələri gücləndiriləcək. Əmək və sosial müdafiə sahələrində qabaqcıl dünya təcrübəsi öyrənilməklə mütərəqqi islahatların aparılması ilə bağlı layihə və təkliflərin hazırlanması da Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

Əsas məqsəd ƏƏSMN tərəfindən həyata keçirilən islahatlar proqramının institusional əsaslarının formalaşdırılmasında və sosial müdafiə tədbirlərinin təşkili zamanı elmi yanaşmaların tətbiqində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin rolunun nəzərəçarpacaq dərəcədə artırılmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam