Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fransalı deputat: "Azərbaycanda demokratiya durmadan inkişaf edir"

 

 

 

 

 

 

Bu gün Azərbaycanda gedən demokratik inkişafı alqışlayıram. Azərbaycana səfərlərim, xalqın təmsilçiləri ilə mütəmadi əlaqələrim mənə bu ölkədə demokratiyanın durmadan inkişaf etdiyini düşünməyə əsas verir"

 

 

     Yenixeber.org:                  Bu fikirləri     Fransa Milli Assambleyasının deputatı Andre Vilye bildirib. 

Onun sözlərinə görə, Fransa respublikanın onun adı ilə bağlı olduğunu hesab edir: "Lakin yüz il bundan əvvəl dünyanın başqa bir hissəsində Azərbaycan Xalq Cümhuriyyəti qurulub və bu il Azərbaycan bu respublikanın yüzilliyini qeyd edir". 

A.Vilye deyib ki, Azərbaycan sovetlər dönəmindəki 70 illik çətin, mürəkkəb vəziyyətə baxmayaraq, bu gün demokratiya yolunu seçib: "Azərbaycanın tutduğu bu demokratiya yolu həm özünün inkişafı naminə, həm də dünya ölkələri ilə münasibətlərinin, o cümlədən Fransa ilə əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir". 

"Demokratiya uzun bir yol tələb edir. Mən Azərbaycan rəhbərliyinə bu çətin yolda böyük uğurlar arzulayıram və Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xalqınızı təbrik edirəm", - fransalı deputat qeyd edib.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam