Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputat: “ATƏT/DTİHB-in prezident seçkilərində də qərəzli yanaşmasının şahidi olacağımız istisna deyil”

 

 

 

Təəssüf ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər hallarda qərəzli, obyektivlikdən uzaq yanaşmaları ilə yadda qalıb”

 

 

 

   Yenixeber.org: Bunu  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyasının bu gün rəsmi olaraq fəaliyyətə başlamasına münasibət bildirən millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov deyib.

 

Elman Nəsirov bildirib ki, Azərbaycanın demokratik inkişaf yolu seçmiş dövlət olduğu bir həqiqətdir: “Başqa bir həqiqət ondan ibarətdir ki, demokratiya özü elə bir prosesdir ki, burada son nöqtə yoxdur. Hansı dövlət desə ki, demokratiyanın zirvəsindədir, bu, kökündən yanlış bir yanaşmadır. Demokratiya bir prosesdir və Azərbaycan bu prosesin ən fəal iştirakçısıdır. Azərbaycan demokratik inkişaf yolunda çox ciddi islahatları həyata keçirməkdədir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri mühüm əhəmiyyətli siyasi hadisələr olub, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın demokratik inkişaf yolunda ciddi addımları kimi qəbul edilir. 2013-cü ildə keçirilən prezident seçkilərində də beynəlxalq ictimaiyyətin mövqeyi  belə oldu ki, Azərbaycan bu seçkiləri keçirməklə demokratiya yolunda növbəti irəliyə doğru bir addım atmış oldu. Bu məntiqlə yanaşdıqda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərin də Azərbaycanın demokratik inkişafı yolunda yeni hadisə və yeni addım olacağını indidən söyləmək mümkündür. Bir çox beynəlxalq təşkilatın yekun rəyində də bu yanaşma tərzi ortaya qoyulub. Lakin biz başqa yanaşmaların da şahidi olmuşuq. Xüsusilə ATƏT/DTİHB Azərbaycanda keçirilən seçkilərlə bağlı əksər halda qərəzli, obyektivlikdən uzaq yanaşmaları ilə yadda qalıb”.

 

 

 

Millət vəkilinin sözlərinə görə, bir çox halda hətta məlumatlardan da bəlli olur ki, seçkidən əvvəl artıq ATƏT/DTİHB-nin qərəzli, obyektivlikdən uzaq hesabatları hazır vəziyyətdə olur: “Sadəcə, həmin qərəzli hesabatı seçkilərdən sonra bəyan etmək qalır. Çox istərdik ki, nəhayət, ATƏT/DTİHB özünün bu xoşagəlməz və obyektivliyinə ciddi xələl gətirən bu ənənəsindən əl çəksin, prezident seçkilərinə münasibətdə qərəzsiz, obyektiv, şəffaf yanaşma ortaya qoysun. Bu bizim istəyimizdir. Təəssüf ki, bu qurumun fəaliyyəti ilə bağlı faktlar isə başqa məqamları ortaya qoyur. Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində də ATƏT/DTİHB-in qərəzli yanaşmasının şahidi olacağımız istisna deyil. Ümid edirəm ki, Azərbaycan ictimaiyyətində olan bu fikri, əsassız faktlara söykənən bu yanaşmanı ATƏT/DTİHB dəyişər və Azərbaycandakı dəyişiklikləri, aparılan islahatları, demokratiya yolunda atılan addımları, demokratik, hüquqi dövlət quruculuğu prosesində qazanılan uğurları elan edər. Biz bunu gözləyirik. Təəssüf ki, bir çox halda dumanlı, qaranlıq mənbələrdən məlumatlar götürür və beynəlxalq ictimaiyyətə yalan məlumatlar çatdırırlar. Azərbaycan ictimaiyyəti çox istəyərdi ki, - bu bizim arzumuzdur - ATƏT/DTİHB bu xoşagəlməz vərdişlərindən əl çəksin, obyektivliyi müdafiə etsin”.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam