Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ceyhun Hacıbəylinin gəlini:"Həyat yoldaşım ailəsi ilə fəxr edirdi"

 

 

"Ceyhun Hacıbəyli Xalq Cümhuriyyəti dövründə Azərbaycan-Fransa əlaqələrinin qurulması üçün çox çalışmışdı. Bu gün onun həyata keçirmək istədiyi işlər artıq reallığa çevrilib və Azərbaycanla Fransa arasında bütün sahələrdə əməkdaşlıq inkişaf etməkdədir"

 

Yenixeber.org: Bu fikirləri Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri olan yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəylinin oğlu Timuçin Hacıbəylinin (1921-1993) həyat yoldaşı Paskal Hacıbəyli-Büşe (Pascale Hadjibeyli-Buchet) bildirib. 

Onun sözlərinə görə, Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra Ceyhun Hacıbəylinin mühacirətə qədərki əsərləri ilə maraqlanıblar: "Ona aid yazıları toplamaq məsələsində Azərbaycan hökumətinə əlimizdən gələn köməkliyi əsirgəməmişik".

Paskal Hacıbəyli-Büşe deyib ki, bu gün Azərbaycan filmləri Parisin "Le Balzak" kimi böyük nüfuza malik kinoteatrında nümayiş etdirilir: "Azərbaycan filmlərini çox bəyənirəm. Lakin fransalı tamaşıçıların böyük marağına səbəb olan "Arşın mal alan" filmini musiqisinə görə daha yüksək qiymətləndirirəm. Həyat yoldaşım ailəsi ilə fəxr edirdi. O, Parisdə "Arşın mal alan" filminə fransalı tamaşaçıların göstərdikləri yüksək marağı görsəydi, bundan çox böyük qürur hissi duyardı".

Qeyd edək ki, C.Hacıbəyli 1891-ci ildə Şuşa şəhərində anadan olub, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. O, 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin Versal (Paris) sülh konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyətinin tərkibində yer alıb. Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi heyətdə məsul katib vəzifəsini tutub. C.Hacıbəyli Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən süquta uğradıldıqdan sonra Fransada mühacirətdə yaşamaq məcburiyyətində qalıb. Onun təşəbbüsü və tərcüməsi ilə 1925-ci ildə "Arşın mal alan" operettası səhnədə oynanılıb. C.Hacıbəyli 1962-ci ildə Fransada vəfat edib, məzarı Parisin Sen-klu qəbiristanlığındadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam