Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Fransalı jurnalistlər Azərbaycana gəldi

Fransalı jurnalistlər Azərbaycana gəldi

 

Yenixeber.org: Fransız jurnalisti, yazıçısı, Beynəlxalq Reyn Dərnəyinin prezidenti, qadın və uşaq hüquqlarının müdafiəçisi  Jerar Kardon və köməkçisi Fransua Nicolas "Kür - Xəzər" xeyriyyə ictimai birliyi tərəfindən icra olunan “Azərbaycan həqiqətləri Fransa mətbuatında” layihəsi çərçivəsində Azərbaycnda səfərdədir.

 

Bu barədə Modern.az-a məlumat verən "Kür - Xəzər" xeyriyyə ictimai birliyinin sədri Akif Kərimov bildirib ki, layihə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  həyata keçirilirTəşkilat rəhbəri Akif Kərimov  əlavə edib ki, səfərin məqsədi Azərbaycan həqiqətlərinin: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər ilə bağlı məsələlərin, Xocalı soyqırımının, Azərbaycanda multikulturalizm, tolerantlıq və birgə yaşayışın öyrənilməsi, Azərbaycanın sosial və iqtisadi inkişafı və digər məsələlər ilə bağlı vəziyyətin Fransa mətbuatında işıqlandırlmasından ibarətdir.

 

Səfərin ilk günü, iyunun 24-də qonaqlar mədəniyyət abidələri ilə tanışlıq olmaq uçun Qobustan dövlət tarixi-bədii qoruğu və Atəşgaha səfər  ediblər.

 

İyunun 25-də qonaqları Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza şöbəsinin  rəhbəri Toğrul  Məmmədli qəbul edib.

O, QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti və icra olunan layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Eyni zamanda Şuranın beynəlxalq səviyyədə həyata keçirdikləri layihələr və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətinə görülən işləri diqqətə çatdırıb.

 

Beynəlxalq Reyn Dərnəyinin prezidenti Jerar Kardon da fəaliyyəti dövründə Qarabağ məsələsi, Azərbaycan haqqında nəşr etdirdiyi məqalələr  və gələcəkdə planlaşdırılan fəaliyyətlər ilə bağlı geniş informasiya verib.

 

Günü ikinci yarısı Fransalı qonaqları Milli QHT forumun prezidenti Rauf Zeyni qəbul edib.

 

Görüşdə Fransa –Azərbaycan əlaqələri, Azərbaycan həqiqətlərinin Fransa mətbuatında işıqlandırlması və digər məsələlər müzakirə edilib. Rauf Zeyni Milii QHT forumun fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib və qonaqlara Azərbaycan haqqında və Xocalı soyqırımı ilə bağlı  kitablar hədiyyə edib.

Günün sonunda qonaqlar Müasir İncəsənət Muzeyi ilə tanış olublar.

 

Akif Kərimov bildirib ki, səfər proqramı davam edir və Milli Məclisdə Azərbaycan-Fransa parlamentlər arası əlaqələr üzrə işçi qrupunda, Mətbuat Şurasında, Beynəlxalq Avrasiya Mətbuat Fondunda görüşlər planlaşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam