Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya tezliklə Qarabağa girir?

 

Naira Ayrumyan: “Ermənistan Qarabağ üzərində nəzarəti itirəcək”

  "Xeberinfo.com": Ermənistan Gömrük İttifaqına girdikdən sonra Rusiya çox rahatlıqla Qarabağa qoşun yeridəcək.

Məlumata görə, bu barədə bu gün yazdığı məqaləsində erməni şərhçi Naira Ayrumyan bildirib. Onun sözlərinə görə, Rusiyanın bölgəyə qoşun yeritməsi üçün Ermənistanın heç bir razılığına ehtiyac qalmayacaq.

Çünki Ermənistan Gömrük İttifaqına beynəlxalq tanınmış sərhədlərlə, yəni Qarabağsız daxil olacaq. Bundan sonra isə Ermənistan bütün siyasətini Gömrük İttifaqı çərçivəsində quracaq.

Naira Ayrumyanın fikrincə, Rusiyanın Qarabağa girməsi üçün elə bir ciddi səbəbə ehtiyac qalmayacaq. Sadəcə, cəbhə xəttində gərginlik başlayacaq və Rusiya keçmiş sovet ərazisində sülhü qorumaq adı altında regiona qoşun yeridəcək. Bundan sonra isə Azərbaycanla Qarabağın geri qaytarılması müqabilində Gömrük İttifaqına daxil olmaq barədə danışıqları başlanılacaq.

Ayrumyan Gömrük İttifaqına girmiş Ermənistanın müstəqilliyini tam itirəcəyini vurğulayıb: “Nazarbayev dünən dedi ki, əgər problemlər olarsa, Qazaxıstan istənilən an Avrasiya İttifaqını tərk edəcək. Ermənistan isə özü istəyəndə nə girə bilir, nə də çıxa biləcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam