Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bakı Putinin ermənilərə təzyiqi ilə Qarabağı alacaq”

 

 

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin gənc jurnalistləri ilə görüşdə Gömrük İttifaqına daxil olmaqla bağlı çətinliyin əsas sirlərini açıqlayıb.
 
 "Xeberinfo.com": Məlumata görə, Sərkisyan Ermənistanın quruma üzvlüyünə Gömrük İttifaqında hamının sevinmədiyini bildirb.
 
“Təbii ki, Gömrük İttifaqı bir ölkə deyil və mən hamının sevinməməsi fikri ilə razıyam. Biz öz problemləri olan balaca ölkəyik. Əlbəttə, hansısa ittifaqa qoşulmağımız bu ittifaqın üzvləri üçün müəyyən problemlər yaradır”, - Ermənistan lideri əlavə edib.
 
Qeyd edək ki, Gömrük Şurasında cəmi üç ölkə - Rusiya, Belarus və Qazaxıstan var. Heç şübhəsiz ki, erməni dövlət başçısı “mən hamının sevinməməsi fikri ilə razıyam” deyəndə Qazaxıstan və Belarusu nəzərdə tutub. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Gömrük İttifaqı liderlərinin Astana sammitində Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyaraq Ermənistanın quruma üzvlük üçün Qarabağ münaqişəsini əsas əngəl olaraq göstərib. Yəni, Ermənistan yalnız o halda ittifaqa qoşula bilər ki, Qarabağ münaqişəsi həll olunmuş olsun.
Belarus prezidenti Aleksandr Lukaşenko da qazaxıstanlı həmkarı ilə eyni mövqeyi bölüşür. Burada əsas məqam Minskin Bakı ilə isti münasibətlərə malik olmasıdır.
 
Erməni mediasi isə iddia edir ki, Ermənistanın ittifaqa daxil olmasını Rusiya da istəmir. Qeyd olunur ki, Moskva Ermənistanı Qarabağsız qəbul olunmasının tərəfdarı kimi çıxış edir.
 
Qeyd edək ki, bir neçə ay öncə eyni sözləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərində də səsləndirilmişdi. Erməni mediası yazır ki, İrəvan alternativ yollar üzərində düşünə bilər. Misal üçün, ABŞ, NATO, yaxud da İran. Bir neçə gün bundan əvvəl İrəvanda səfərdə olan gürcü baş nazir İrakli Qaribaşvili də bir növ buna işarə edirdi. Amma erməni rəhbərliyinin buna gücü çatacaqmı? Çünki Moskvaya qarşı çıxmaq Sərkisyan hakimiyyəti üçün ölüm, bütün Ermənistan üçün isə qaranlıq gələcək deməkdir. Bunu anlayan Qabiraşvili də İrəvanda “əgər Ermənistan Avrasiya İttifaqına daxil olacaqsa, Gürcüstanın Rusiyadan vergisiz tranziti təmin edəcəyini gözləməsin” mesajını verdi.
 
Ən maraqlısı isə erməni mediasının iddia etdiyi məsələdir. “Lragir.am” saytı iddia edir ki, Ermənistanın düşdüyü bu vəziyyətə görə ən çox Türkiyə və Azərbaycan sevinir. Sayt qeyd edir ki, Türkiyə və Azərbaycan Rusiya və Qazaxıstanın da Ermənistana təzyiqləri ilə Ermənistanı işğal olunmuş torpaqlardan çıxardacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam