Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Ermənilərin son ümidi öldü

 

Ermənistanı Avrasiya İttifaqına cəlb etmək üçün əsas şirnikləyici ümidlərdən biri Abxaziya dəmir yolunun bərpası ilə bağlı idi, amma göründüyü kimi bu amil bir dəfəlik və tamamilə dəfn edildi.

"Xeberinfo.com": Məlumata görə, bu barədə erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində bildirir. Onun sözlərinə görə, bir neçə gün öncə Abxaziya parlamentinin erməni əsilli deputatları Abxaziyadan Gürcüstana keçən dəmir yolu əlaqəsini bərpa etməyə çağırıblar. Bu, parlamentdə kəskin müzakirələrə səbəb olub. Abxaz deputatlar bildiriblər ki, dəmir yolunun bərpası mümkün deyil, çünki Gürcüstan Abxaziyanın müstəqilliyini tanımır. Abxaz deputatlar erməniləri hədələyiblər ki, bir də bu cür bəyanatlarla çıxış etməsinlər.

Məqalə müəllifinin fikrincə, Ermənistanın Gürcüstana olan ümidləri də puça çıxıb. Çünki Gürcüstan bəyan edib ki, Ermənistanla indiki azad ticarət rejimi yalnız onun Avrasiya İttifaqına daxil olmasına qədərdir. Ermənistan Avrasiya İttifaqına daxil olandan sonra Gürcüstan rejimi dəyişməli olacaq.

Naira Ayrumayan Meğridən çəkilməsi nəzərdə tutular İran-Ermənistan dəmir yolu ideyasının da puça çıxdığını vurğulayır, çünki Rusiya bu dəmir yolunun çəkilməsində maraqlı deyil. «Rusiya Dəmir Yollarının direktoru Vladimir Yakunin bu yaxınlarda İrəvanda Rusiyanın bu dəmir yolunun çəkilməsində iştirak etməyəcəyini qəti şəkildə bildirdi» deyən erməni şərhçi İrəvanın Bakı ilə dil tapmaqdan başqa əlacı olmadığını vurğulayır. Onun fikrincə, Ermənistan əgər düzgün siyasət yürütsə, İrandan gələn qatarlar mövcud dəmir yolu ilə Naxçıvandan keçərək Ermənistana girə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam