Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda buraxılış imtahanlarında ən yaxşı və ən pis nəticə göstərən rayonların adları açıqlanıb -SİYAHI

 

 

"Buraxılış imtahanlarının nəticələrinə görə 4 il ərzində məktəblərin irəliləməsi və gerilələməsi rayonlar üzrə təhlil edilib".

Yenixeber.org: Bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.

O bildirib ki, şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir.

M.Vəliyeva vurğulayıb ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0.54 % azalıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb.

Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: "2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3 %, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam