Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məhəbbət Vəliyeva:"Son zəng" məktəb daxilində keçirilməlidir

  “İyunun 14-də bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu da yalnız məktəb daxilində olmalıdır və iki saat davam etməlidir”

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.
O bildirib ki, bu tədbirlərin keçirilməsində yalnız məktəb rəhbərliyi deyil, İdarə olaraq müvafiq orqanlara müraciət edərək şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlərin görülməsi üçün müraciətlər edilir: "Builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək".
İdarə müdiri əlavə edib ki, bu il Bakı məktəblərini, təxminən, 26 min nəfərdən çox 11-ci sinif şagirdi bitirir: "27 min nəfərdən çox isə 9-cu sinif şagirdləri bitirir. İyunun 21-də Bakıda həm 9, həm də 11-ci siniflərdə buraxılış imtahanları keçiriləcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam