Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

4 milyon qaçqın uşaq məktəbə getmir

 

4 milyon qaçqın uşaq məktəbə getmir
Dünyada il ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb.
Yenixeber.org: Bu barədə məlumat BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin Cenevrədə dərc olunan məruzəsində öz əksini tapıb. Məruzədə, həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir.

“Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək”, - deyə idarənin başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq.

BMT-nin qaçqınların işi üzrə ali komissarı idarəsinin məlumatına əsasən, qaçqın uşaqlarının 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir və onların yalnız 1 faizi ali təhsil almaq imkanına malikdir. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam