Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Dağlıq Qarabağda yüzlərlə insan qaçqın düşüb"

​BMT: Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan qaçqın düşüb

 

 

Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar.
 
Xeberinfo.com:  Məlumata görə, bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Cenevrədə yerləşən ali komissarın qaçqınlarla iş üzrə İdarəsinin (AKQİ) məlumatlarına istinadən bildirib.
"AKQİ məlumat verir ki, bu yaxınlarda Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar nəticəsində yüzlərlə insan, əsasən qadınlar, uşaqlar və qocalar evlərini tərk etmək məcburiyyətində qalıblar. Köçkünlərin əsas hissəsi regionun şimal-şərq hissəsindəndir. İdarənin məlumatına görə, insanlar Azərbaycanın digər rayonlarına qaçıblar", - deyə Düjarrik bildirib.
Qaçqınların bəzilərinin məlumatına görə, son 20 ildə zorakılıqdan qaçaraq bir neçə dəfə yaşayış yerlərini dəyişmək məcburiyyətində qalıblar.
"AKQİ, həmçinin dinc sakinlər arasında itkilərin olması, evlərin və infrastrukturun dağıdılması barədə məlumat əldə edib", - deyə baş katibin nümayəndəsi bildirib.
İdarənin saytında yerləşdirilən məlumata görə, Azərbaycan hökumətinə yeni məcburi köçkünlərin humanitar ehtiyaclarının qarşılanmasında yardım təklif olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam