Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Spikerdən millət vəkillərinə ETİRAZ:“Deyəsən, dərmanın dozası artıq olub”

Spikerdən millət vəkillərinə ETİRAZ: “Deyəsən, dərmanın dozası artıq olub”

"Dərman vasitələri haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanın layihədəki bəzi sözlər millət vəkillərinin etirazına səbəb olub.

Yenixeber.org: Millət vəkili Tahir Kərimli dərmanın təsiri ilə bağlı “effektiv” sözünün, “səmərəli” sözü ilə əvəz edilməsini təklif edib. O, qanunların dilində milli sözlərin istifadəsinin mütləq olduğunu deyib. Millət vəkili bəzi qanun layihələrinin qəbul edilib Prezidentə təqdim edilməsinə qədər Dil Komisiyasının müzakirəsinə verilməsini təklif edib.

Millət vəkili Musa Quliyev isə dərmanın təsirindən danışarkən “effektiv” sözünün “səmərəli” sözündən daha doğru ifadə olduğunu deyib.

Millət vəkilləri Hikmət Məmmədov, Əhliman Əmiraslanov da müzakirələrdə iştirak edib.

Səslənən iradlara parlamentin sədri Oqtay Əsədov da münasibət bildirib: “Əhliman müəllim, dərman qalıb kənarda, keçmişik dili muzakirə etməyə. Deyəsən, dərmanın dozası artıq olub. Komitə iclaslarında bu məsələ müzakirə edilmişdi. Düzdür, dil məsələsi vacibdir. Lakin bu məsələ ilə gələcəkdə məşğul olmaq lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam