Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Musa Quliyev də dəyişikliklərə qarşı çıxdı:"Hansı daha pisdir?"

 

Daha bir deputat dəyişikliklərə qarşı çıxdı: "Hansı daha pisdir?"

“Qanun layihələrinə əsasən deputatlara tətbiq edilən məhdudiyyətlər elə göstərir ki, Milli Məclis seçkili orqan deyil, təyinatlı orqandır. Təyinatlı bir orqanın necə cəza verirsə, elə də cəzlandırırlar”.

Yenixeber.org: Bu sözləri millət vəkili Musa Quliyev “Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi, Milli Məclisi deputatının statusu və Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinə dəyişikliklə bağlı layihələrin birinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili bildirib qanun layihələrində nəzərdə tutulan dəyişikliklər deputatlar deyil, onların əlayehinə olanlar hazırlayıb: “Milli Məclis xalqın seçidiyi orqandır. Bu il biz Cümhuriyyətimizin 100 illiyini qeyd etdik və fəxrlə deyirik ki, Azərbaycan şərqdə ilk demokratik Respublikadır. Belə olan halda 100 yaşı parlamentdə də demokratik dəyərlərə üstünlük verməliyik.Bəzən deyirlər ki, deputatlara hörmət edilmir. Hörmətsizlik elə qanun layihələrində təklif olunan dəyişikliklərdən görünür. Əvvəlki qaydalarda heç olmasa deputatın mandatının ləğv edilməsi Milli Məclisin müzakirəsinə çıxarılırdı. Amma indi heç müzakirəyə də çıxarılmır. Yaxşı olardı ki, bizim qəbul edəcəyimiz nizamnamə beynəlxalq ekspertiziyaya verilərək onun Avropa standartalarına uyğun olması yoxlanılsın. Layihədə nəzərdə tutulan dəyişikliklərdə bildirilir ki, deputat Milli Məclisin iclasında öz mandatından imtina edərsə, onun geri götürə bilməz. Ola bilərki insan əsəbləşər və həmin an özü də bilmədən bundan imtina edər. Lakin sonradan peşman da ola bilər. Biz ona zaman verməməliyikmi?”

M.Quliyev deputatın hər hansı iclasda 3 dəfə iştirak etmədiyinə mandatından məhrum edilmə məsələsinə münasibət bildirib və bunun düzgün olmadığını deyib:

“Elə deputat var ki, illərlə seçicisinin fikirlərini səsləndirmir ona bir söz demirik, amma bir ayda 2 dəfə iclasda iştirak etməyənlər barədə tədbir görürük. Bunun hansı daha pisdir? Biz deputatın statusunun artırılması barədə düşünməliyik, nəinki onları məhdudlaşdırmaq haqqında”.

Millət vəkillərinin çıxışlarına münasibət bildirən, birinci vitse-spiker Ziyafət Əsgərov bildirib ki,bu qanun alyihələri heç bir halda deputatların əleyhinə yönəlməyib. “Niyə? Bunu inşallah ikinci oxunuşda deyəcəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam