Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Azərbaycanda bu şəxslər vergidən azad olunacaq - YENİ QANUN

Azərbaycanda bu şəxslər vergidən azad olunacaq - YENİ QANUN

“Vergi Məcəlləsinə ediləcək dəyişikliklər Azərbaycanın iqtisadiyyatı, vergi sisteminə yeni baxışın təzahürüdür. Bu vergi yığanla vergi verən əmək münasibətlərinin leqallaşmasına stimullaşdırıcı rol oynaycaq. Büdcənin vergi yolu ilə doldurulması, sahibkarın münasibətlərini leqallaşmış formada qurulması xidmət edəcək”.

Yenixeber.org: Bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərin 8 min manatadək olanların vergiyə cəlb edilməməsi məsələsinin bir sıra sahələrə də tətbiqini təklif edib:

“Vergidən azad olunanlar sırasında həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları və övladların olması müsbət haldır. Lakin “döyüşçü” ifadəsi “hərbi xidmət” ifadəsi ilə azad edilməlidir. Əks halda döyüşçü ifadəsi bu qanunun tətbiqinin məhdudlaşdırılmasına səbəb olacaq. Çünki döyüşçü yalnız müharibə dövründə olur. Müharibə olmayanda da hərbi qulluqçular vəfat edir və qanun onların ailə üzvlərinə də aid ola bilər. Bununla yanaşı dövlət qulluğu olmayana dövlət büdcəsindən maliyyələşən müəssisələrə aid edilməsi yaxşı olardı. Çünki elə müəssisələr var ki, onların bu vergidən azad edilməsi maaşlarında 30-40 manat əlavə vəsait deməkdir. Bir sıra dövlət işlərində bu heç də az məbləğ deyil”.

Millət vəkili həmçinin özəl tibb sektora da güzəştlərin tətbiq edilməsini təklif edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam