Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

KƏŞMİR ÜÇÜN “İSRAİL MODELİ”: Modi hökuməti bütpərəst panditləri bölgəyə köçürməyi düşünür

“Middle East Eye”, 26.11.2019

 

Yenixeber.org: Hindistanın baş konsulu Sandip Çakravorti ötən şənbə günü Nyu-Yorkdakı xüsusi tədbirdə deyib ki, Hindistanın hindu vətəndaşlarının Kəşmirə qayıtması üçün “İsrail modeli”ndən istifadə olunmalıdır.

Hindistan rejissoru Vivek Aqnihortinin 1990-cı illərin əvvəllərində kəşmirli hinduların məcburi köçürülməsi ilə bağlı layihəsini müzakirə etmək üçün təşkil edilən tədbirdə Çakravorti hindu panditlərin qayıdışı üçün hökumətə möhlət vermələrini istəyib. “İnanıram ki, təhlükəsizlik vəziyyəti yaxşılaşacaq, qaçqınların geri qayıtmasına imkan veriləcək və vətəninizə geri dönə biləcəksiniz … çünki artıq bir modelimiz var. Bu, Yaxın Şərqdə baş verib. İsrail xalqı bunu edə bilərsə, biz də edə bilərik”.

Nyu-Yorkda keçirilən tədbir Hindistanın sağçı hökumətinin Kəşmirdəki hərəkətlərinə haqq qazandırma üçün böyük səfərbərlik cəhdidir. Həm də Hindistan hökumətinin Kəşmirdə köç-müstəmləkə siyasəti hədəflərinin son təcəssümü.

Nyu-Yorkdakı Sirakuz Universitetinin Cənubi Asiya Araşdırmaları Mərkəzinin dosenti Mona Bhan deyib: “Kəşmir panditlərinin geri qayıtması Kəşmirdə müstəmləkə layihəsini əsaslandırmaq üçün vəsiləyə olur”. Bhanın sözlərinə görə, panditlər Dehlidəki BJP hökumətinin silahına çevrilir.

Avqustun 5-də Hindistan hökuməti Kəşmirin yarımuxtar statusunu təsbitləyən 370-ci maddəni ləğv etməklə, 7 milyondan çox insanı qeyri-müəyyənliyə sürükləyib.

Hindistanın hərəkətləri ABŞ Konqresinin, insan haqları qruplarının qınağına, habelə xarici nümayəndə heyətləri və xarici jurnalistlərin vadiyə buraxılmasına çağırış edən 2 dinləməyə səbəb olub. Xarici jurnalistlərə avqustun 5-dən vadiyə giriş qadağası qoyulduğu halda, yalnız sağçı Avropa nümayəndə heyəti Kəşmirə səfər edə bilib.

Hindistanın baş konsulu Çakravorti beynəlxalq maraq və məsələyə müdaxiləni pisləyib.  “Heyət getmək istəyir. Başqa yerlərə getsin. Suriyaya, İraqa, Əfqanıstana…”

Kəşmir xaricində olanların dövlətdən torpaq ala bilməməsini təmin edən 35-ci maddənin ləğvini əsaslandırmanın bir hissəsi olaraq, BJP hökuməti 1990-cı illərin əvvəllərində Kəşmiri tərk edən azlığın, yaşayış məskənləri yaratmaqla, geri qaytarılacağını dəfələrlə vəd edib.

Amma hazırda vadidə 100 mindən çox kəşmirli hindu qalıb. Hökumətin hesabatına görə, 1989-2004 illəri arasında 219 pandit öldürülüb.

Kəşmirdəki azadlıq tərəfdarı liderləri dəfələrlə panditləri geri qayıtmağa və hökumətin aləti olmamağa çağırıblar. 1980-ci illərin sonlarında başlayan iğtişaşlardan bəri 70 mindən çox kəşmirli müsəlman öldürülüb, təxminən 7 min nəfər isə “itkin düşüb”.

Ötən Şənbə günü bəzi hissələri “Facebook Live”-də yayımlanan tədbirdə Bollivud aktyoru Anupam Xer və rejissor Aqnihorti Hindistan hökumətini Kəşmirin statusunu dəyişdirmə addımını cəsarətli addım kimi tərifləyiblər. Baş nazir Modi tərəfdarı olduğu bilinən Xerlə bərabər, Aqnihorti kəşmirli fəallar və tələbə qruplar tərəfindən sağçı təbliğatı yaydığı üçün qınaqlarla qarşılaşıb. O həm də Hindistanda cinsi təcavüz iddiaları ilə tanınır.

Keçən həftə Rutqers Universitetində keçirilən tədbir tələbələr və alimlərin etirazından sonra yarımçıq qalıb.

 

Yəhudi təcrübəsindən istifadə

2014-cü ildə Narendra Modinin baş nazir seçilməsindən bəri İsrail-Hindistan münasibətləri daha da güclənib. Hindistan ildə 1 milyard dollar olmaqla, İsrailin ən böyük silah alıcısıdır.

Həm Hindistan, həm də İsrail təhlükəsizlik siyasətini və tərəfdaşlıq ehtiyacını əsaslandırmaq üçün “İslam terroru” faktorundan istifadə edirlər.

Noyabrın 25-də Aqnihoti Amerika Yəhudi Şurası və Hindu-Yəhudi Şurasının birgə təşkil etdiyi tədbirdə mühazirə söyləyib.

Şənbə günü baş konsul, həmçinin bildirib ki, əgər kəşmirli panditlər mədəniyyətlərini itirməkdən qorxursa, “mədəniyyətlərini 2000 il boyunca öz ərazilərindən kənarda saxladıqlarını” söyləyən yəhudi xalqının təcrübəsinin istifadəsindən başqa bir şeyə ehtiyac yoxdur. “Hamımız Kəşmir mədəniyyətini yaşatmalıyıq. Kəşmir mədəniyyəti hind mədəniyyəti, hindu mədəniyyətidir. Özümü hamı kimi Kəşmirli hiss edirəm”.

“Asiya Həmrəylik Təşəbbüsü” (SASI) fəalı Tereza Metyu bildirib ki, əsla təəccüblənməyib, əksinə, bir daha yüksək səviyyəli dövlət məmurlarının yalanlarına şahid olur.

“Bu millətçiliyə, brahminizmə və islamofobiyaya söykənən tanış taktikadır. Köçkün Kaşmir panditləri ilə az əlaqəsi var”.

Avqustun əvvəlində Hindistan Kaşmirə on minlərlə əlavə qoşun yeridib. Dünyanın ən hərbiləşdirilmiş bölgəsi kimi təsvir olunan Kəşmirdə 700 mindən çox hind əsgəri var.

1947-ci ildən bəri Kəşmir Hindistan və Pakistan arasında bölünüb, onun kiçik bir hissəsi Çin tərəfindən tutulub.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam