Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Qarabağda savaş başlasa, Rusiya ona qarışmayacaq"

Rus politoloq:

 

 

    Aleksey Malaşenko: "Düşünmürəm ki, Ermənistanda öz hərbi bazasının olmasına baxmayaraq, Rusiya Federasiyası bu müharibəyə qoşulacaq"
   "Xeberinfo.com": Moskva Korneqi Mərkəzinin eksperti, politoloq Aleksey Malaşenko erməni mətbuatına müsahibəsində noyabrın 12-də münaqişə zonasında vəziyyətin kəskinləşməsi və digər mühüm məsələlər barədə maraqlı açıqlama verib.
ANS PRESS-in məlumatına görə, o, "Qarabağ münaqişəsi zonasında gərginliyin növbəti dalğası Qərb, yoxsa Rusiya üçün əlverişlidir. Ümumiyyətlə, gələcəkdə danışıqlardan hansı nəticəni gözləmək olar" sualına cavabında deyib: "Düşünürəm ki, hərbi hərəkətlər nə münaqişə edən tərəfə, nə də beynəlxalq ictimaiyyətə əlverişli deyil. Anlamaq lazımdır ki, Qarabağ münaqişəsi yaxın gələcəkdə nizama salınmasa, belə epizodlar, hadisələr təkrarlanacaq. Mən təlaş üçün heç bir əsas görmürəm."
Politoloq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunaraq söyləyib ki, bu proses Qarabağ münaqişəsi ətrafında ticarət üçün müəyyən əsasdır. Münaqişənin həllində Laçın dəhlizi, Qarabağın statusu, Azərbaycan əraziləri məsələsi və digər önəmli suallar cavabını tapmalıdır. Gec-tez bu məsələlər ətrafında kifayət qədər ciddi danışıqlar olacaq.
A.Malaşenko jurnalistin "Ermənistanın təminatçısı rolunda çıxış edən Rusiyanın mövqeyi məlum deyil. Erməni dövlətinə qarşı təcavüz halında Rusiyanın təhlükəsizlik barədə zəmanətləri özünü doğrultmur. Rusiya yalnız Minsk Qrupunun həmsədr ölkəsi kimi çıxış edir" gileyinə aydınlıq gətirib: "Mən zəmanət məsələsindən bir az şübhələnirəm, belə ki, əgər biz müharibənin başlaması kontekstində təhlükəsizlik haqqında danışarıqsa, onda düşünmürəm ki, Ermənistanda öz hərbi bazasının olmasına baxmayaraq, Rusiya Federasiyası bu müharibəyə qoşulacaq. Rusiya bacardığı hər şeyi edəcək ki, müharibə başlamasın. Ona görə, milli maraqları nəzərə alaraq məsələlərə bu gün diplomatik səviyyədə yanaşır."
Ekspert vurğulayıb ki, o qətiyyən Ermənistanla Azərbaycan arasında Rusiya hərbi qulluqçularının iştirakı ilə müharibə olacağına inanmıram. Belə olduqda, hamı aydın bilir ki, bu, Rusiya-Türkiyə müharibəsi ilə nəticələnəcək. Ona görə də, bu, inandırıcı görünmür və daha çox danışıqlara üstünlük veriləcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam