Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağlıq Qarabağla bağlı razılaşma

 

Sarkisyan və Əliyev Moskvanın çağırışı üzrə münaqişənin həllinə razılaşıblar

 

"Serj Sarkisyan və İlham Əliyev Moskvanın çağırışı üzrə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salmağa razılaşıblar."
"Xeberinfo.com": Məlumata görə, bunu Dövlət Dumasının keçmiş deputatı, Rusiya Federasiyasının Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, İctimai Palatanın nümayəndəsi, politoloq və iqtisadçı Sergey Markov iddia edib.
O, Ermənistan mətbuatına verdiyi müsahibədə deyib ki, ümumiyyətlə, bəzi şifahi razılıqlar mövcuddur, lakin hələ rəsmən imzalanmayıb. Anladığım qədər, Soçi görüşündə Qarabağ münaqişəsinin nizama salması üçün razılaşmanın tərtib edilməsi haqqında razılığa nail olunmuşdu. Beləliklə, vəziyyət prinsipial olaraq dəyişdi, irəliləmə başladı. Lakin konkret hansı prinsiplər üzrə razılaşma yoxdur. 
Onun sözlərinə görə, Rusiya bir sıra məsələlərdə razılaşma əldə olunması üçün münaqişə edən tərəflərə dalandan çıxmağa kömək etməyə çalışır. Ərazilər Azərbaycana aiddir, amma Ermənistan blokadadan çıxarılmalıdır. Beləliklə, güzəştlər üçün şərait və şərtlər mövcuddur.
Politoloq "Parisdə bu il oktyabrın 27-də Fransa prezidenti Fransua Olland tərəflərə Böyük Sülh razılaşması üzərində işləməyə başlamağı təklif etdi, eyni zamanda, belə razılaşmanı Rusiya da təklif edir" sualına belə cavab verib: "Fransanın bu məsələdə rolu zəifdir. Ümumiyyətlə, Fransa prezidentinin apardığı xarici siyasət ABŞ-dan asılıdır."
Mərkəz rəhbəri vurğulayıb ki, ATƏT-in Minsk qrupunun işi ABŞ tərəfindən iflic olunur. Son illərdə Qarabağ münaqişəsinin həllində ABŞ dağıdıcı siyasət aparır, Ermənistan və Azərbaycan arasında güzəştlərin əldə olunması prosesinə mane olur, Cənubi Qafqazda qaynar nöqtələrin mövcudluğuna üstünlük verir: "Nəhayət, Ermənistan, Azərbaycan və Rusiya anladı ki, ABŞ Qarabağ münaqişəsinin nizama salmasının imkanını məhdudlaşdırır. İndi onlar ABŞ-sız işləməyə məcburdular".
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam