Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağ münaqişəsi əbədi davam edə bilər...” -Rusiyalı politoloqdan şok açıqlama


 

Qarabağ münaqişəsi zonasında şiddətli toqquşmalar müntəzəm olaraq təkrar olunacaq.

Yenixeber.org:  Bunu “Karnegi” fondunun Rusiya  Mərkəzinin eksperti, politoloq Aleksey Malaşenko deyib. Münaqişə zonasında fevral eskalasiyasını və danışıqların dalana dirənməsini şərh edən Malaşenko bildirib ki, nə qədər ki, bu münaqişə nizamlanmayıb, bu cür insidentlərlə müşaiyət olunan şiddətli toqquşmaların vaxtaşırı olaraq təkrarlanmasını gözləmək lazımdır. Ekspert əlavə edib ki, onun fikrincə hazırda münaqişənin nizamlanması üçün zəmin yoxdur.

“Nə qədər ki, tərəflər ənənəvi siyasətlərini davam etdirirlər, bu dalandan çıxış yolu görünmür. Tarix də bunu göstərir ki, belə regional münaqişələr əbədi davam edə bilər. Ona görə də mən münaqişənin aradan qaldırılması və ya nizamlanması yollarından danışa bilmərəm”-Malaşenko bildirib.

Ekspert əlavə edib ki, münaqişənin nizamlanmamış qalması Rusiyanı nüfuzdan salır. Və məhz buna görə Rusiya tərəfləri danışıqlar masası arxasına qaytarır, bu zaman amerikalı və fransalı tərəfdaşlarla birgə hərəkət edir. Çünki onların iştirakı ilə danışıqların dayandırılması indiki beynəlxalq situasiyada Rusiya üçün əlavə nüfuz itkisi olardı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam