Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Azərbaycan Ermənistanı "nokdaun"a saldı"

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi imkansızdır".

 

Xeberinfo.com:  Bunu Rusiyanın tanınmış siyasi eksperti Aleksey Malaşenko Moskvanın Karnegi Mərkəzində Dağlıq Qarabağla bağlı keçirilən ekspert müzakirələrində deyib.

O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bir mif olduğunu söyləyib: "Bu təşkilat Dağlıq Qarabağda münaqişəyə müdaxilə edə bilməz. Hətta təşkilatın Azərbaycan-Ermənistan sərhədində gedən müharibəyə də müdaxilə etməsi imkansızdır. Təsəvvür edin ki, Azərbaycan tankları İrəvandadır. Bu zaman Qazaxıstan tanklarımı Azərbaycan tanklarına qarşı duracaq?"

Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyinə dair sualına cavabında A. Malaşenko "Azərbaycan ilk raunda Ermənistanı "nokdaun" vəziyyətinə saldı" - deyib.

Müzakirələrə Almaniyadan video-görüntü ilə qatılan rusiyalı politoloq, qafqazşünas Sergey Rumyantsev isə Dağlıq Qarabağda münaqişənin yenidən alovlanmasında təəccüblü heç nə olmadığını bildirib: "Azərbaycan tərəfi hər zaman açıq-aydın deyib və bu gün də deyir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməsə, hərbi yola əl atacaq. Ermənistan getdiyi yoldan dönməsə, regionda müharibə qaçılmazdır. Bildiyiniz kimi, təmas xəttində Azərbaycan və Ermənistan qoşunları üz-üzə durub. Həmin ərazidə sülhməramlı qüvvələr yoxdur. Sonra da hamı hərbi qarşıdurmanın baş verdiyinə təəccüblənir".

S. Rumyantsev regionda müharibənin artıq reallıq olduğunu söyləyib: "Tərəflərin heç biri güzəştə getmək istəmir. Ona görə də baş verənlər təbiidir. Bundan sonra da belə hallar baş verəcək. Dağlıq Qarabağda müharibə artıq reallıqdır". (Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam