Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Politoloq:Saakaşvili Rusiya ilə mübarizədə Poroşenkoya problem yaradır

Politoloq:

 

“Ukraynada gürcü millətinin dövlət başçısı vəzifəsini tutmasına icazə verilməyəcək”

 

Yenixeber.org: Bu barədə politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ukraynanın siyasi meydanında baş verən son hadisələri şərh edərkən bildirib.

“ABŞ-da  Odessanın sabiq qubernatoruna rəğbət bəsləyənlərin olmasına baxmayaraq, düşünmürəm ki, hansısa böyük mərkəzlər Petro Poroşenkonu devirmək üçün Mixeil Saakaşvilini qiyama hazırlayırlar. Avropa və ABŞ daha çox Poroşenkoya dəstək verir. Belə ki, Poroşenko Rusiya ilə üz-üzə mübarizə aparır,  Saakaşvili isə, əksinə, Rusiya ilə mübarizədə Poroşenkoya problem yaradır. Ona görə də ABŞ və Avropanın dövlət qurumlarının Saakaşvilini dəstəkləyəcəkləri inanılmazdır

Bəli, son hadisələr fonunda Saakaşvilinin reytinqi bir az qalxmışdı. Lakin dünən Kiyevdə baş verən proseslər və Oktyabr sarayının ələ keçirilməsi Odessanın sabiq qubernatorunun reytinqinə mənfi təsir etdi və əksinə, indi danışıqlara meyllilik nümayiş etdirir.

Son zamanlar Ukraynadakı hadisələrin Saakaşvili ilə Poroşenko arasında əvvəlcədən razılaşdırılmış ssenari üzrə  baş verməsi ətrafında müzakirələr gedir. Bu proseslərin məhz Ukrayna prezidentinin reytinqini qaldırmasına xidmət etdiyi bildirilir. Lakin mən inanmıram ki, Saakaşvili və Poroşenko eyni oyunun tərkib hissələridir. Onlar bir-birinə rəqibdirlər. İstənilən halda, Ukraynada gürcü millətinin dövlət başçısı olması mümkün deyil. Hələ onun partiyasının parlamentə düşüb-düşməyəcəyi də məlum deyil, - deyə politoloq bildirib. 

Qeyd edək ki, Ukrayna KİV-də Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin Ukrayna prezidenti Petr Poroşenkoya barışıq məktubu göndərməsi haqqında məlumat yayılıb. Saakaşvili bu xəbərləri təkzib edib.

Xatırladaq ki, dünən Kiyevin mərkəzində Mixeil Saakaşvili tərəfdarlarının yürüşü başlanıb. M. Saakaşvili həyat yoldaşı və oğlu ilə birlikdə aksiyada iştirak edib.

Daha sonra Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam