Poroşenko öz gələcəyi ilə oynayır:Saakaşvilini nə həbs edə, nə də qarşısını ala bilir – Təhli
Ştefan Şoll
Frankfurter Rundschau (Almaniya), 12.12.2017
Yenixeber.org: Məhkəmə açıq şəkildə cəzanın yumşadılmasına meyllənib. Mixail Saakaşvili bazar ertəsi günü qısa müddətə şüşə qəfəsdə müttəhimlər kürsüsündə əyləşməli olub. Sonradan ona vəkillərinin arasında yer tutmaq imkanı veriblər.
Baş prokurorluq onun üçün, vur-tut, iki aylıq ev dustaqlığı tələb edib və Polşaya və ya ümumiyyətlə Gürcüstana heç bir çıxarma olmayıb. Məhkəmə bazar ertəsi axşam bu qərarı da ləğv edib və Saakaşvilini yenidən azad edib.
Ukrayna dövlət hakimiyyəti bununla da bu gün ölkədəki iğtişaşların mərkəzində olan gürcü ilə münaqişəni hələlik kəskinləşdirməyib. İğtişaşlar Saakaşvilisaxlandıqdan sonra başlanıb. Baş prokurorluq onu Moskvaya qaçmış oliqarxdan pul almaq və prezident Pyotr Poroşenkonu devirmək cəhdində ittiham edib.
Kiyevdə on minlərlə adam küçələrə çıxıb
Lakin ukraynalılarn böyük hissəsi bu ittihamlara inanmır. On minlərlə adam bazar günü Kiyevin küçələrinə çıxaraq Saakaşvilinin azad edilməsi və Poroşenkonun istefası uğrunda çıxış edib.
“Mən Saakaşvilinin möhkəm əqidəli tərəfdfarı deyiləm, – Krım tatarı fəalı Ərfan Kudusov “Frankfurter Rundschau” qəzetiylə söhbətində deyib. – Amma Poroşenko özünü elə aparır ki, elə bil, Yanukoviçin yerişini yeriyir”.
Onun sözlərinə görə, Poroşenko hazırda qan tökülməsilə başa çatan çoxaylıq etiraz aksiyalarından sonra 2014-cü ilin fevralında devrilmiş Viktor Yanukoviçkimi fitnəkarları nümayişçilərin üstünə salır.
Əksər müşahidəçilərin fikrincə, Poroşenko Yanukoviçin səhvlərini təkrarlayaraq ona qarşı etirazla küçələrə çıxanların sayını on dəfə artırıb. Saakaşvili saxlanarkən gözyaşardıcı qazın işlədilməsi Kiyev sakinlərini qəzəbləndirib. Bir zamanlar, 2013-cü ildə tələbələrə qarşı rezin dəyənəklərdən istifadə edildiyi kimi.
2013-cü il səhvlərinin təkrarı
Yanukoviç o zaman AB ilə assosiasiya haqda çoxdan vəd edilmiş sazişi bağlamaqdan qəflətən imtina edərək ukraynalıları barrikadalara çıxardıb. Bu gün Poroşenko korrupsiyaya qarşı müqavimət üzrə ucadan elan edilən islahatın gerçəkləşməsinə mane olur. Baş prokurorluq müstəqil Milli Antikorrupsiya Bürosunun (MAB) bir agentini ehtimalla rüşvət verməyə görə həbs edib.
Politoloq Yuri Karasev hesab edir: “Poroşenko Baş prokurorluğa nəzzrət edir və onun vasitəsilə MAB-ı da öz nəzarətinə götürməyə çalışır”.
Politoloq əmindir – Poroşenko öz vədlərinə rəğmən yaxın dostlarını korrupsiya ilə mübarizlərdən qorumaq üçün hər şeyi edir. “O bu zaman haçansa Yanukoviçin düşdüyü duruma bənzər vəziyyətə düşüb və qərar qəbul etməyə məcburdur. Saakaşviliyə münasibətdə qəddarlıq göstərməsə, ona əfəl damğası vuracaqlar və 2018-ci ildə təkrar seçilmək şansını itirəcək. Saakaşvilini mühakimə etsə, etiraz hərəkatı daha da radiikallaşacaq”.
Ukrayna hökuməti Saakaşvilini buraxmaqla hələlik vaxt udub. Lakin ilk dəfədir ki, Poroşenkoya siyasi kayerasını Viktor Yanukoviç kimi rüsvaylıqla bitirmək perspektivi görünür.(strateq)