Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Saakaşvili niyə Ukraynadan qovuldu?-Oliqarxların dönüşü:

 

Poroşenko Gürcüstanla münasibətləri gücləndirmək üçün Saakaşvilini vətəndaşlıqdan çıxarıb.

     Xeberinfo.com: Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığının ləğv edilməsinin səbəbini şərh edərkən deyib.

    Onun sözlərinə görə, keçmiş prezidentin Ukraynada vətəndaşlıqdan azad edilməsinin Rusiya Prezidenti Vladimir Putinə heç bir aidiyyəti yoxdur:

      “Vladimir Putinin xoşlamadığı siyasi fiqurlardan biri Mixail Saakaşvilidir. Pyotr Poroşenkonun Mixail Sakaşvilini vətəndaşlıqdan azad etməsinin başqa səbəbləri var. Əslində onu və onun komandasını Poroşenkonun məhz özü dəvət edərək, müəyyən vəzifələr vermişdi. Görünür bu islahatlarda onların rolu olmadı. Hətta Poroşenko ondan qubernator kimi də narazı qaldı. Onun islahatları sürətləndirə biləcəyini düşünsə də, bu, alınmadı. Poroşenko Gürcüstana səfər etdi. Gürcüstanla Ukrayna arasında münasibətlərin soyumasına səbəb olan Saakaşvilini vətəndaşlıqdan çıxarmaqla Poroşenko Tiflislə münasibətləri yaxşılaşdırdı. Sakaşvilinin Ukraynada vətəndaşlığının ləğvini Gürcüstan müsbət qarşılayır”.

Politoloqun sözlərinə görə, Saakaşvilinin artıq Ukraynaya dönməsi onun üçün təhlükəli olacaq:

       “Keçmiş Barak Obama administrasiyası Mixail Saakaşviliyə dəstək olurdu. Poroşenko hazırki Donald Tramp hakimiyyətinin neytral qalmasından istifadə etdi. Başqa bir səbəb Saakaşvilinin Ukrayna hökumətinin üzvlərinin çoxu ilə münasibətinin kəskin olmasıdır. Saakaşvilinin vətəndaşlıqdan çıxarılmasının Ukraynada rusiyameyilli qüvvələri gücləndirəcəyini düşünmürəm. Əksinə, düşünürəm ki, Poroşenko Saakaşviliyə qarşı bu addımı atmaqla Gürcüstan hakimiyyətinə qulluq etmiş oldu. Görünür, Mixail Saakaşvili ya ABŞ-da qalıb orada pedoqoji fəaliyyətlə məşğul olacaq, ya da Avropa ölkələrinin hər hansı birindən sığınacaq istəyəcək. Ukraynaya qayıtsa belə eks-prezidentin orada artıq siyasi fəaliyyət göstərə biləcəyini düşünmürəm, çünki bu onun üçün təhlükəli olacaq”.

       E.Şahinoğlu həmçinin Saakaşvilinin hakimiyyətdən getməsində ondan narazı olan oliqarxların da rolu olduğunu bildirib. Onun fikrincə, Ukraynada oliqarxlar artıq Viktor Yuşşenko zamanındakı kimi böyük gücə malik deyillər, amma yenə də dövlətin siyasətinə təsir edə bilirlər:

      “Pyotr Poroşenko müəyyən uğurlar əldə edib. Demək olar ki, oliqarxların bir qismini hakimiyyətdən uzaqlaşdırıb. Poroşenkonun müəyyən uğurlar əldə etməsi ilə oliqarxlar ölkədən qaçıblar. Amma yenə də oliqarxlar bəzi siyasi proseslərə təsir imkanlarını saxlayırlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam