Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

XİN-dən xarici jurnalistlərə seçki tövsiyəsi

“Azərbaycanda keçiriləcək parlament seçkilərinə xarici KİV-lərin böyük marağı var”.

 Xeberinfo.com:   Məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün xarici KİV təmsilçilərinin akkreditasiyadan keçirilməsi prosesi barədə Seçki-2015.az saytının sorğusunu cavablandırarkən deyib.


O bildirib ki, seçkiöncəsi proses mövcud qanunvericiliyə əsasən davam edir:

“Azərbaycanda xarici KİV haqqında qanuna əsasən əcnəbi media mənsublarının akkreditasiyasının xüsusi qaydaları mövcuddur. Bu qaydalar əsasında da Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən xarici KİV nümayəndələrinin akkreditasiyadan keçirilməsi prosesi davam etdirilir. Akkreditasiyanın müddəti 30 gün müəyyən edilib.

Bundan çıxış edərək akkreditasiya kartı almış əcnəbi KİV nümayəndələri MSK-da qeydiyyata durmalıdırlar. Hazırda xarici mediadan müraciətlər çoxdur, ona görə də əcnəbi KİV təmsilçilərindən bu zaman kəsiyində müvafiq prosedur qaydalarına riayət edilməsi xahiş olunub”.

H.Hacıyev qeyd edib ki, hazırda ölkəmizdə əsas hədəf seçkilər olduğundan başqa mövzularla bağlı Azərbaycana gəlib çəkiliş etmək və material hazırlamaq istəyən xarici KİV təmsilçilərinə Xarici İşlər Nazirliyinin tövsiyəsi olub: “Həmin media nümayəndələrinə səfərlərini bir qədər ertələmək tövsiyə olunub. Yaxşı olardı ki, həmin KİV nümayəndələri Azərbaycana noyabrın ortalarında gəlsinlər. Ümumilikdə deyə bilərik ki, beynəlxalq medianın noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinin işıqlandırılmasına böyük marağı var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam